تبليغاتX
Guney Sesi - Faxtə Zamani, BMTnın irqçilik əleyhinə konfransında iştirak edir

Faxtə Zamani, BMTnın irqçilik əleyhinə konfransında iştirak edir

Iranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Birliyinin katibi və Azərbaycanlı insan haqları müdafiəçisi, Faxtə Zamanı də, Birləşmiş Millətlər Təşkilatının İrqçiliklə bağlı konfransına qatılanlar arasındadır.

Faxə xanımın Cümə axşamı günü konfransda çıxışı gözlənilir.

Faxtə Zamani öz çıxışını, İranda Azərbaycanlılara qarşı aparılan irqçilik və ayrı seçkilik siyasətinə həsr edəcək.

BMT İnsan Haqları Kommissiyasının təşkilatçılığı ilə, 20-24 April 2009-cü il tarixində, Geneva şəhərində keçirilən konfransın açılış mərasimində, bir sıra insan haqları təşkilatlarının təmsilçiləri ilə yanaşı həm də dövlət başçıları və hökümət nümayəndələri, o cümlədən İran prezidenti Mahmud Əhmədinəjad da iştirak edir.

Mərasimin başlanğıcında, BMTnin İnsan Haqları Kommissarlığının hazırladığı “Dinlənilməsi lazım olan səslər” ünvanlı 7 dəqiqəlik bir video klip nümayiş etdirilib. Həmin klipə dünyanın müxtəlif yerlərində irqçilikdən əziyyət çəkən azlıqları təmsil edən fəalların qıssa çıxışları salınıb. Faxtə xanım da həmin klipdə çıxış edənlər arasındadır. Həmin klipdə O, “ Mən İranlı Azərbaycanlıyam və doğulduğum gündən bəri mili mənsubiyyətimə görə ayrı seçkiliyə məruz qalmışam. Xatırlayıram ki, məktəbdə mənə öz ana dilimdə danışmağa icazə verilmirdi!” sözlərini dilə gətirir.

İrqçıliklə bağlı bundan öncəki beynəlxalq konfrans, 2001-ci ildə Cənubi Afrikanın Durban şəhərində keçirilmişdi. Durban Konfransının sonunda irqçılik və ayrı seçkiliklərə qarşı mübarizə ilə bağlı müxtəlif qərarlar qəbul edilmişdi.

“İrqçılıyə qarşı birlik, hamiya hörmət və ədalət!” şüarı ilə keçirilən Geneva Konfransı isə, Durban Konfransının qəbul etdiyi qərarların gərçəkləşdirilib- gərçəkləşdirilmədiyini araşdırır.

Durban konfransına qatılan dövətlər, öz ərazilərində yaşayan etnik azlıqların sosyal durumlarının və peşə mövqelərinin yüksəldilməsi, eləcə də, kütləvi informasiya vasitələrində irqçiliyə və yabancılaşmağa qarşı mübarizənin tənzimlənməsi haqda məcburi olmayan öhdəlikər götümüşdürlər.

4 günlük Geneva konfransının zamanı bir sıra iclaslar keçirilməsi planlaşdırılır. Həmin iclaslarda iştirakçılar məruz qaldıqları diskriminasiya ilə bağlı şəxsi təcrübələrini bölüşürlər.

Faxtə Zamanı də həmin iclasların birində, ayrı seçkiliklə bağlı öz şəxsi təcrübələri haqda danışacaq, İranda Azərbaycanlıların qarşılaşdığı ayri seçkilik və irqçilik haqda iclas iştirakçılarının suallarını cəvablandıracaqdır.

yazilib گونئی سسی GuneySesi Tue 21 Apr 2009 saat 21:27 | link |
 
offshore