تبليغاتX
Guney Sesi - AZƏRBACANLILARI TƏHQİR EDƏN KARİKATURAYA ETİRAZINA GÖRƏ TUTULAN FƏAL MAKU HƏBSXANASINA SALINIB

AZƏRBACANLILARI TƏHQİR EDƏN KARİKATURAYA ETİRAZINA GÖRƏ TUTULAN FƏAL MAKU HƏBSXANASINA SALINIB

Media forum(2009-04-06):

Ali Husein NijadAzərbaycan milli kimliyi uğrunda apardığı dinc mübarizəyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum edilən fəal Əli Hüseyn Nejad aprelin 4-də Maku həbsxanasına salınıb.

“Media forum” saytının məlumatına görə, Əli Hüseyn Nejad 2006-cı ildə “İran” qəzetində azərbaycanlıları təhqir edən karikaturaya etiraz olaraq aksiyalara qatıldığı üçün 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Sonradan onun həbs müddəti 8 aya endirilib.

Xoy İnqilab Məhkəməsi makulu fəalı dövlət quruluşuna qarşı çıxmaqda günahlandırıb.

yazilib گونئی سسی GuneySesi Sat 4 Apr 2009 saat 7:18 | link |
 
offshore