Abdulla Abbasi aclıq aksiyası keçirir
Amerikanın Səsi ▪ Azerbaijani.20/12/2008
Azərbaycanlı fəal Abdulla Abbasi Cavan həbsxanada aclıq aksiyası keçirir. “Azad Təbriz” bildirir ki, təxminən bir ay əvvəl Azərbaycan milli qəhrəmanı, Səttarxanın anım tədbiri zamanı həbs olunan Tehranın Şəhid Rəcai Universitetinin müəllimi Abdulla Abbasi 5 gün əvvəl aclıq aksiyasına başlayıb. Başqa bir məlumata görə, cənab Abbasinin qardaşı, Yədulla Abbasi Tehranın İslam İnqılabı Məhkəməsinin 20-ci şöbəsinin Təhlükəsizlik İdarəsinə müraciət edərək, qardaşı ilə görüşə icazə verilməsini xahiş edib. İnqilab Məhkəməsinin rəsmiləri isə Abdulla Abbasinin həbsindən xəbərsiz olduqlarını bildiriblər.
Qeyri-rəsmi məlumata görə, cənab Abbasi bundan öncə ailəsinə bir dəfə telefonla zəng edərək, Tehranın “Evin” Həbsxanasının 209 saylı təcridxanasında saxlandığını bildirib. “Evin”dən yenicə azad edilən fəallar da cənab Abbasinin həmin həbsxanada olduğunu və qanunsuz həbsinə qarşı etiraz əlaməti olaraq aclıq aksiyası keçirdiyini təsdiqləyiblər. Bundan başqa cənab Abbasinin həbs olunması zamanı saxlanılmış şəxsi avtomobili qısa müddət sonra Ettelaat əməkdaşları tərəfindən onun ailə üzvlərinə təhvil verilib.
Abbasi ilə birlikdə həbs olunan onun bacısı oğlu, Ərdəbilli fəal Hüseyn Hüseyinin də vəziyəti barədə məlumatsızlıq onların ailə üzvlərinin narahatlığına səbəb olur. “Öyrənci”nin bildirdiyinə görə isə, Abbasinin ailəsi onun həbsi barədə faktın İnqilab Məhkəməsi tərəfindən inkar edilməsini məhbus ailəsinə qarşı əlavə təzyiq və “ psixoloji işgəncə” kimi dəyərləndirir və beynəlxalq insan haqları təşkilatlarından təcili yardım istəyir. Tehranın Şəhid Rəcai Universitetinin müəllimi, Abdulla Abbasi ötən il həbs olunaraq, 3 ay “Evin” həbsxanasında saxlandıqdan sonra müvəqqəti azadlığa buraxılmışdı. Daha sonra isə Tehranın İslam İnqılabı Məhkəməsi onun barəsində bir il şərti olaraq azadlıqdan məhrum etmə qərarı çıxarmışdı.
URMİYADAKI YENİ HƏBSLƏR BARƏDƏ BƏYANAT YAYILIB
2008-12-19
Dekabrın 19-da Azərbaycan Siyasi Məhbuslarını Müdafiə Komitəsi 21 Azər gününün (1945-ci il azər ayının 21-də (dekabrın 12-si) Seyid Cəfər Pişəvərinin başçılığı ilə Təbrizdə Azərbaycan milli hökuməti qurulub) ildönümü ərəfəsində Urmiyada milli fəalların həbsi ilə bağlı bəyanat yayıb.
«Media forum» saytının məlumatına görə, bəyanatda bildirilir ki, dekabrın 10-da Urmiya ETTELAAT idarəsinin 5 əməkdaşı 20 yaşlı fəal Nəvid Sultanini evində tutaraq özləri ilə aparıblar. Mənzildə yoxlama aparılıb, fəalın kompüteri, SD-ləri, Azərbaycan dilində kitabları, vətəndaşları 21 Azər mərasimində iştiraka çağıran vərəqələr və mənzildəki bozqurd heykəli götürülüb. N. Sultaninin ailə üzvləri onun Urmiya şəhərinin ETTELAAT idarəsində saxlandığını bildirirlər.
Bəyanatda Urmiyada 21 Azər mərasimində iştiraka çağırdığına görə tutulan 27 yaşlı Tövhid Həsənpurun 8 günlük həbsdən sonra10 milyon tümənlik (10 min dollar) mülk girovu müqabilində müvəqqəti azadlığa buraxıldığı vurğulanır.
21 Azər mərasimində iştirak etdikləri üçün daha 5 urmiyalı fəalın - Sitarə Qasimi (Ulduz), Rəhman Qasimi, Səid Mahmudi, Höccət Mahmudi və Humən Qasiminin də həbs edilərək naməlum istiqamətə aparıldığı bildirilir.
İRANDA SAYTLARI SÜZGƏCDƏN KEÇİRƏN KOMİTƏ, SMS-ləri NƏZARƏTƏ ALAN PROKURORLUQ YARADILIR
2008-12-19
Dekabrın 19-da İran parlamentinin deputatı Əmin Həsən Rəhimi jurnalistlərə açıqlamasında İslami Şura Məclisinin «Kompüter pozuntuları layihəsi» adlı qanun layihəsi qəbul etdiyini bildirib.
«Media forum» saytının məlumatına görə, Rəhimi qanun layihəsində müxtəlif informasiya saytlarında gedən materialları süzgəcdən keçirmək üçün fəaliyyət göstərəcək bir komitənin də yaradılmasının nəzərdə tutulduğunu vurğulayıb. O, komitəyə Təhsil, İnformasiya və Texnologiya, Təhlükəsizlik (ETTELAAT), Ədliyyə, İslami İrşad və Mədəniyyət nazirliklərinin nümayəndələri, Teleradio Şirkətinin rəhbəri, İslami Təbliğat Təşkilatının rəisi, Hüquq-Mühafizə Qüvvələrinin (Daxili Qoşunlar) komandanı, informasiya və kommunikasiya texnologiyaları üzrə bir ekspert və İran parlamentinin bir deputatının daxil olacağını bildirib.
Tehran prokuroru Səid Mürtəzəvi isə jurnalistlərə açıqlamasında internet və kompüter qanun pozuntuları ilə əlaqədar özəl bir prokurorluğun gələn həftədən rəsmən işə başlayacağını deyib. Həmin prokurorluq vətəndaşların mobil telefonlarından biri-birlərinə göndərdiyi SMS-ləri nəzarət altında saxlayacaq.
İranda daha 5 azərbaycanlı həbs olundu
Amerikanın Səsi ▪ Azerbaijani.18/12/2008
Qeyri-rəsmi mənbələrin məlumatına görə, 21 Azər hərəkatının ildönümü ilə əlaqədar İran Azərbaycanında yeni həbslər baş verib. “Savalan Səsi” xəbər saytı yerli hüquq müdafiəçilərinə istinadən xəbər verir ki, Qərbi Azərbaycan vilayətinin (Ostan) mərkəzi olan Urmiyada bir neçə azərbaycanlı fəal İranın təhlükəsizlik orqanları tərəfindən nəzarət altına alınıb.
Yerli mənbələrin bildirdiyinə görə, dekabrın 12-də həbs olunan Ulduz və Rəhman Qasimi adlı bacı və qardaşın yaşadığı evə hücum edən Ettelaat əməkdaşları orada axtarış apararaq, komputer, kitab və başqa əşyaları zəbt ediblər. Həbs olunan Qasimilərın isə harada saxlandığı barədə məlumat yoxdur.
Ettelaatın mənzilində axtarış apardıqdan sonra nəzarətə aldığı 22 yaşlı Nəvid Sultani adlı azərbaaycanlı gəncin də harada saxlandığı məlum deyil.
Həbs edilən başqa bir fəalın isə 27 yaşlı Tovhid Həsənpur olduğu bildirilir. O, dekabrın əvvəllərində tutulub. “Azad Təbriz” xəbər səhifəsinin məlumatına görə, cənab Həsənpur Urmiyanın “Döqquz Pillə” həbsxanasında saxlanılır. Mənbə məhbusun ailəsinə istinadən Həsənpurun “Pan-türkist” elanlar yaymaqda ittiham olundüğünü bildirir. Bununla yanaşı, Tovhidin yaxınlarına onun həbsi barədə xəbəri mətbuata sızdırmamaq barədə hədələyici xəbərdarlıqlar edilib.
GÜNEYLİ JURNALİSTİN NARKOMANLIQDA və ƏXLAQSIZLIQDA İTTİHAM OLUNAN QADINLARLA EYNİ KAMERADA SAXLANDIĞ
GÜNEYLİ JURNALİSTİN NARKOMANLIQDA və ƏXLAQSIZLIQDA İTTİHAM OLUNAN QADINLARLA EYNİ KAMERADA SAXLANDIĞI BİLDİRİLİR
2008-12-18
Bu il noyabrın 9-da Təbrizin Qarağac məhəlləsindəki mənzilində həbs edilən azərbaycanlı jurnalist və hüquq müdafiəçisi Şahnaz Qulaminin Təbriz zindanında narkotik maddələrin istifadəsində və əxlaqsızlıqda günahlandırılan qadınlarla eyni kamerada saxlandığı bildirilir.
Güney mənbələrinin məlumatına görə, Ş.Qulaminin saxlandığı kamera son dərəcə soyuqdur, ona yatmaq və qızınmaq üçün yalnız çirkli, üfunət qoxuyan nazik yorğan-döşək verilib və bu vəziyyət bir neçə xəstəlikdən əziyyət çəkən jurnalistin həyatını ciddi təhlükə ilə üz-üzə qoyub.
Ş.Qulami siyasi fəaliyyətinə görə 1999-cu ildən 2003-cü ilədək həbsdə olub. 2006-cı ildə «İran» qəzetində azərbaycanlıları təhqir edən karikaturanın dərcinə etiraz olaraq keçirilən aksiyalarda iştirakına görə bir ay həbsdə saxlanıb.
Qeyri-rəsmi mənbələr Ş.Qulaminin bu dəfə dövlət quruluşuna qarşı təbliğatda, ölkə rəhbərlərini, o cümlədən İran prezidenti Mahmud Əhmədinejadı təhqir etməkdə və bir sıra etiraz aksiyalarında iştirakda günahlandırıla biləcəyi ehtimalını irəli sürür.
Filosof İrandakı dini hakimiyyətin insanlara mədəni azadlıqlar verməyəcəyi qənaətindədir
Amerikanın Səsi ▪ Azerbaijani. .Bakı.17/12/2008
Filosof Ağalar Məmmədov İranda dini hakimiyyətin xalqın maraqlarını ifadə etmədiyini bildirir. Onun fikrincə, mövcud hakimiyyət dini adlandırılsa da dini ideyaları tərənnüm etmir.
Bu səbəbdən də insanlara dinə insanlara dinə qarşı çıxmış qəhrəmanların qalasına yürüş edir, onun bayrağını qaldırır.
Türkiyə, İran və Azərbaycanda insan haqlarının vəziyyəti müzakirə edilib
Amerikanın Səsi ▪ Azerbaijani.16/12/2008
Bu günlərdə Türkiyədə Azərbaycan, İran və Türkiyədə insan haqları, o cümlədən qadın haqları ilə bağlı beynəlxalq konfrans keçirilib. Konfransda hər üç ölkənin, o cümlədən Avropa və Amerikadan hüquq müdafiəçiləri iştirak edib.
Forumda İranda insan haqlarının, xüsusilə qadın haqlarının ağır vəziyyəti tənqid olunub. Konfransda İrandakı bütün millətlərin təmsilçiləri qadın hüquqlarının dözülməz dərəcədə ağır olduğunu deyib.
Bu gün Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti İranda jurnalist Şahnaz Qulaminin həbsini pisləyən bəyanatla çıxış edib.
“Xanım Qulaminin həbsi söz azadlığının pozulması, qadın haqlarının tanınmaması, jurnalistlərin və qadın haqlarının müdafiə edilməməsidir. Biz hadisədən çox ciddi narahatçılıq keçirir və İran dövlətindən humanizm dəyərlərini uca tutaraq jurnalisti tezliklə azadlığa buraxılmasını xahiş edirik”-deyə sənəddə qeyd edilir
Daha ətraflı Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlunun “Amerikanın səsi” radiosuna müsahibəsində tanış ola bilərsiniz.
DİLARƏ ƏLİYEVA ADINA QADIN HÜQUQLARINI MÜDAFİƏ CƏMİYYƏTİ GÜNEYLİ JURNALİSTLƏ BAĞLI BƏYANAT VERİB
2008-12-16
Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti bu il noyabrın 18-də İranda həbs edilmiş azərbaycanlı jurnalist Şahnaz Qulami ilə bağlı bəyanat verib.
Bəyanatda Ş.Qulaminin İranda qadınlara qarşı diskriminasiya hallarına etiraz olaraq şəxsi bloqunda fars və Azərbaycan dillərində kəskin yazılarla çıxış etdiyi xatırladılıb: «O həm də İranda etnik qrupların hüquqlarını müdafiə edir. Bununla yanaşı, xanım jurnalist son dövrlərdə «Amerikanın səsi», «Azadlıq» və «Fərda» radiostansiyalarında kəskin tənqidi müsahibələr verib. Hazırda jurnalist Təbrizdə həbsxanada saxlanılır. Ona 1 il həbs cəzası kəsilib».
N.Cəfəroğlunun bəyanatında bildirilir ki, narahatlıq doğuran məsələlərdən biri Ş.Qulaminin vəkillə təmin olunmamasıdır.
Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyəti Ş.Qulaminin həbsini söz azadlığının pozulması, qadın haqlarının tanınmaması, jurnalsitlərin və qadın haqlarının müdafiə edilməməsi kimi qiymətləndirir. Cəmiyyət Ş.Qulaminin tezliklə azadlığa buraxılması üçün əlindən gələn səyləri etməyə çalışacağını bəyan edir. Eyni zamanda qurum İran dövlətindən humanizm dəyərlərini uca tutaraq Ş.Qulaminin tezliklə azadlığa buraxılmasını istəyir.
500 İCTİMAİ-SİYASİ FƏAL BİRGƏ BƏYANAT YAYARAQ AZƏRBAYCANLI FƏALLARIN KÜTLƏVİ HƏBSİNƏ SON QOYULMASINI TƏLƏB EDİBLƏR
2008-12-10
Dekabrın 10-da İranın 500 ictimai-siyasi fəalı birgə bəyanat yayaraq milli kimlik uğrunda dinc fəaliyyət aparan azərbaycanlılara qarşı təzyiqlərin dayandırılmasını və onların müxtəlif bəhanələrlə kütləvi həbsinə son qoyulmasını tələb ediblər.
«Media forum» saytının məlumatına görə, bəyanatda Azərbaycan sivil hərəkatını əzmək üçün yeni layihələr hazırlanmasından narahatlıq bildirilib: «Son aylar Azərbacan xalqının hüququ uğrunda dinc fəaliyyət aparan tanınmış ziyalılar, yazıçılar, jurnalistlər və tələbələrə qarşı hökumət təzyiqi gücləndirilib. Tehranda bir iftar qonaqlığına qatılan fəalların kütləvi həbsi, universitet müəllimi Abdulla Abbasi Cavanın həbsdə saxlanması, Səttarxanın anım mərasimində fəal Hüseyn Hüseyninin tutularaq naməlum istiqamətə aparılması, tanınmış şair Məhəmmədrza Ləvayinin tutulması, qadın hüquq müdafiəçisi Şahnaz Qulaminin həbsə salınması, İran ordusunun quru qüvvələrinin zabiti Firuz Yusifinin Kərəcdə həbs edilməsi və sair hərəkətlər İranda insan hüquqları uğrunda fəaliyyət aparan təşkilatların narahatlığına səbəb olub».
Bəyanat müəllifləri hökumətin milli və siyasi fəallara qarşı bu hərəkətinin dekabrın 10-da 60 illik yubileyi qeyd olunan Ümumdünya İnsan Haqları Bəyannaməsiylə bir araya sığmadığını vurğulayaraq təzyiqlərin dayandırılmasını, həbsdə saxlanan bütün fəalların dərhal azadlığa buraxılmasını tələb edirlər.
İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assoasiasiyasının (ADAPP) aylıq hesabatı – noyabr 2008-ci il

Son aylar İranda azərbaycanlı mədəni fəallar və tələbələrlə rəftar narahatlıq doğuracaq səviyyədə pisləşməkdədir. Fəallar özbaşına həbs olunur, məhkəməsiz, ittihamsız, vəkil tutmaq icazəsi olmadan və görüş haqqı verilmədən işgəncə və digər zorakılıq təhlükələri ilə üz-üzə qalırlar.
Kərəc və Tehran şəhərlərində tutulmuş mədəni fəalların son durumu
Noyabrın 9-da Kərəc şəhərində təhlükəsizlik qüvvələri tərəfindən saxlanaraq, müvəqqəti həbs edilən Tehrandakı «Pəyami-nur» universiteti hüquq fakültəsinin bakalavr pilləsinin tələbəsi Haşım Bərzgər 21 gün həbsdə saxlandıqdan sonra noyabrın 30-da girov müqabilində Evin zindanından azadlığa buraxılmışdır. Həbs edildikdən sonra o, Evin zindanının Təhlükəsizlik Nazirliyinin nəzarətində olan 209-cu korpusunda təkadamlıq kameraya yerləşdirilmiş və yalnız noyabrın 28-də cümə günü, azadlığa buraxılmasından iki gün əvvəl həmin zindandakı ümumi kameraya köçürülmüşdür. Bərzgəri bu müddətdə fiziki və mənəvi təzyiqlərə məruz qalmış, ona ailəsi ilə əlaqə saxlamaq və vəkil tutmaq icazəsi verilməmişdir. Eyni zamanda bu mədəni fəalın həbsindən sonra ailəsi məhkəmə və təhlükəsizlik orqanlarına onun tutulmasının səbəbi və saxlandığı yer barədə müraciət etsə də, heç bir nəticə əldə etməmişdir. Üstəlik, Haşım Bərzgərin həyat yoldaşı Sevil xanım Əsədullahi noyabrın 17-də təhlükəsizlik orqanları tərəfindən telefonla hədələnmişdir ki, ərinin vəziyyəti ilə maraqlanmaqda davam etsə və bu barədə məlumat yaysa, onun barəsində ölçü götürüləcəkdir.
Noyabrın 13-də Sərdari-milli Səttarxanın ölümünün ildönümü ilə əlaqədar Tehran yaxınlığındakı Şah Əbdüləzim qəbristanlığında keçirilən mərasim təhlükəsizlik qüvvələrinin kobud müdaxiləsi ilə qarşılaşmışdır. Mərasim iştirakçılarından 10 nəfərə qədəri həbs olunmuş, onlardan bəziləri sorğu-suala tutularaq, bir neçə saatdan sonra həmən gecə azad edilmişlər; təhlükəsizlik məmurları onların bir neçəsinin mobil telefonlarını və sənədlərini alaraq, hələ də özlərində saxlamaqdadırlar.
Həmin mərasim zamanı tutulmuş Tehrandakı şəhid Rəcayi universitetinin müəllimi Abdullah Abbasi Cavan və Ərdəbil şəhərindəki Razi texnikumunun islam cəmiyyətinin sabiq katibi Hüseyn Hüseyni hələ də həbsdə saxlanılırlar. Onlara qısa bir telefon danışığından savayı, ailələri ilə əlaqə saxlamaq və ya görüşmək imkanı verilməmşdir. Bu iki mədəni fəalın ailə üzvlərinin dediyinə görə, onların həbs olunmasının ardınca Evin zindanına və Tehran inqilab məhkəməsinə dəfələrlə müraciət etsələr də, məsul şəxslər bu insanların həbsdə olduqlarını inkar etmişlər. Amma onlar özləri noyabrın 23-də evləri ilə qısa telefon danışığı zamanı Evin zindanının 209-cu korpusunda təkadamlıq kamerada saxlandıqlarını xəbər vermişlər. Əlaqədar orqanlar onların həbsi ilə bağlı ailələrinə hər hansı məlumat verməkdən imtina etdikləri üçün hələlik onlara qarşı irəli sürülən ittiham və tutulmalarının səbəbi barədə dəqiq informasiya əldə yoxdur. Əvvəllər müşahidə etdiyimiz halları nəzərə alsaq, bu fəalların işgəncəyə və digər təzyiq növlərinə məruz qalmaq qorxusunun olduğunu söyləyə bilərik.
Mühəndis Abbasi Cavan ötən il də (17 iyul 2007-ci il) Tehranda yaşadığı mənzilində həbs olunaraq, 130 gün Evin zidanının 209-cu korpusunda saxlanmışdı. Həmin həbs dövründə o, fiziki və mənəvi işgəncələrə məruz qalmışdı. Daha sonra o, Tehran inqilab məhkəməsinin 15-ci şöbəsi tərəfindən 5 il ərzində gerçəkləşmək şərtilə bir illik həbs cəzasına məhkum olundu. Azərbaycanın bu mədəni fəalının bacısı oğlu olan Hüseyn Hüseyni də əvvəllər təhlükəsizilik qüvvələri tərəfindən həbs edilərək, fiziki və mənəvi işgəncələrlə müşayiət olunan istintaqa məruz qalmışdır. Bu ilin iyun ayının axırlarında o, həbs olunaraq, bir ay müddətində Nəqədə (Sulduz) və Ərdəbil şəhərləri Təhlükəsizlik İdarələrinin təcridxanalarında saxlanmış, sonra isə 100 milyon riyallıq girov müqabilində azadlığa buraxılmışdı.
Bu arada Səttarxanı anma mərasimində həbs olunmuş daha bir nəfər – Tehran Azad universiteti mikrobiologiya fakültəsinin tələbəsi Sirus Hüseynnejad girov müqabilində zindandan azad edilmişdir. Hələlik ona qarşı hansı ittihamın irəli sürüləcəyi və nə vaxt mühakimə ediləcəyi bəlli deyil. Hüseynnejad azadlığa çıxdıqdan sonra həbs müddətində təhlükəsizlik qüvvələrinin onunla pis rəftar etməsi barədə xəbər vermişdir. O, bundan əvvəl də 2006-cı ilin may ayında Azərbaycan şəhərlərində keçirilən nümayişlərdə iştirak etdiyinə görə həbs olunaraq, 40 gün müddətində Evin zindanında təkadamlıq kamerada saxlanmış, həmçinin bir semestr təhsil hüququndan məhrum edilmişdi. Həmin nümayişlər rəsmi «İran» qəzetində nəşr olunmuş və əksər azərbaycanlıların təhqiramiz saydığı karikaturaya etiraz əlaməti olaraq keçirilmişdi.
Azərbaycan mədəni fəallarından daha biri – Tehran «Pəyami-nur» universiteti ingilis dili tərcüməçiliyi fakültəsinin tələbəsi və quru qoşunlarının 29 yaşlı çavuşu Firuz Yusifi Səttarxanı anma mərasimindən bir gün sonra, noyabrın 15-də həbs edilmiş və Evin zindanının 209-cu korpusuna göndərilmişdir. Yusifi dekabrın 8-də 24 gün həpsdə qaldıqdan sonra 500 milyon riyallıq girov müqabilində azadlığa buraxıdı. Cənab Yusifi «dövlət quruluşu əleyhinə təbliğat» da ittiham olunur.o həbs müddətində vəkil tutmaq haqqından məhrum edilməsinə qeyri-müəyyən durumuna və edilən təzyiqlərə etiraz əlaməti olaraq, aclıq aksiyasına əl atmağa məcbur olmuşdu.
Təbrizdə həbslər
Ötən həftələrdə Təbrizdə də bir neçə azərbaycanlı mədəni fəal və jurnalist həbs olunmuşdur ki, onlardan bəzilərinin harada saxlandığı bəlli deyil, onlara qarşı ittiham irəli sürülməmiş, yaxınları ilə görüşmək və vəkil tutmaq imkanından məhrum edilmişlər.
Jurnalist və qadın hüquqları müdafiəçisi Şahnaz Qulami noyabrın 9-da bazar günü Təbrizdəki evində Təhlükəsizlik Nazirliyi məmurları tərəfindən axtarış aparıldıqdan sonra həbs olunmuşdur və hələ də həbsdə saxlanmaqdadır. Noyabrın 15-də o, Təbriz Təhlükəsizlik İdarəsinin təcridxanasından Təbriz həbsxanasının qadın korpusuna köçürülmüşdür. Ailə üzvləri onun harada saxlandığını öyrənə bilsələr də, hələlik xanım Qulaminin nə üçün həbs olunduğu onlara aydın deyil. Jurnalist və «Azerwomen» vebloqunun sahibi Şahnaz Qulami sentyabrın 24-də Təbriz inqilab məhkəməsinin birinci şöbəsi tərəfindən «dövlət quruluşu əleyhinə təbliğat» ittihamı ilə altı aylıq həbs cəzasına məhkum edilmişdi. O, apelyasiya şikayətinə baxılmasını gözləyirdi və girov müqabilində azad edilmişdi. Bu jurnalist xanım ötən il Azərbaycanın müxtəlif şəhərlərində keçirilən nümayişlərin zorakılıqlı yatırılmasına etiraz bildirən məqalələr yazdığına görə bir ay, 1990-cı illərin əvvəllərində isə siyasi fəaliyyətinə görə 5 il həbsdə saxlanmışdır.
Təbrizdəki Azərbaycan mədəni fəallarından başqa biri – Cəmşid Zarei noyabrın 18-də öz iş yerində təhlükəsizlik qüvvələri tərəfindən həbs olunmuşdu. Zarei 9 gün müvəqqəti həbsdə saxlandıqdan sonra noyabrın 27-də cümə axşamı günü 20 milyon tümənlik girov müqabilində Təbriz həbsxanasından azad edilmişdir. Yaxınlarının dediyinə görə, o, demək olar, bütün həbs müddətini Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanaraq, fiziki və mənəvi təzyiqlərə məruz qalmış, bu müddətdə ona vəkili və ailəsi ilə təmas saxlamaq imkanı verilməmişdir. Sözügedən şəxs bu ilin may ayında Azərbaycandakı 2006-cı il may etirazlarının ikinci ildönümündə də tutularaq, üç ay həbsdə saxlanmış və bu yaxınlarda onun barəsində altı aylıq şərti həbs hökmü çıxarılmışdı.
Azərbaycanın tanınmış şairi, yazıçısı və jurnalisti Məhəmmədrza Ləvayi noyabrın 21-də cümə günü səhər Şərqi Azərbaycan ostanının Əhər şəhəri yaxınlığındakı Xoca bölgəsində təhlükəsizlik qüvvələri tərəfindən həbs olunaraq, naməlum yerə aparılmışdır.
Cənab Ləvayinin həbsindən iyirmi gündən də artıq vaxt keçməsinə baxmayaraq, ailəsi hələ də onun tutulmasının səbəbini və saxlandığı yeri bilmir, məhkəmə və təhlükəsizlik orqanları isə bu şairin həbsini öz üzərlərinə götürmürlər. Buna görə ciddi ürək ağrılarından da əziyyət çəkən Məhəmmədrza Ləvayinin zindandakı sağlamlığı ilə bağlı narahatlıq artmaqdadır. Məhəmmədrza Ləvayi bundan əvvəl Təbrizdə, Azərbaycan siyasi fəalarından Qulamrza Əmaninin və iki qardaşının dəfn mərasimində təhlükəsizlik məmurları tərəfindən həbslə hədələnmişdi.
Çıxarılmış hökmlər
Qərbi Azərbaycan ostanının Maku şəhərindən olan Sabir Beytullahi və Bəhmən Nəsirzadə adlı iki azərbaycanlı hüquq fəalı Xoy şəhər inqilab məhkəməsinin birinci şöbəsi tərəfindən bir il şərti həbs cəzasına məhkum edilmişlər. Bu şəxslərin məhkəməsi cari ilin oktyabr ayının 5-də bazar günü hakim Əlirza Novruzinin sədrliyi ilə qapalı şəkildə keçirilmişdir. Qiyabi surətdə çıxarılmış hökmdə bu şəxslər GAMOH təşkilatına üzv olmaqda, dövlət quruluşuna müxalif qurumun (GAMOH-un) xeyrinə təbliğat aparmaqda, Maku şəhərində vərəqələr yaymaqda, pantürkist və separatçı fəaliyyətlərdə, islam respublikası quruluşunu yıxmağa çalışmaqda ittiham olunurlar. Sabir Beytullahi 2004 və 2006-cı illərdə təqribən 6 ay Maku şəhər mərkəzi həbsxanasında və Maku Təhlükəsizlik İdarəsinin təcridxanasında saxlanmışdır. O, 2006-cı ildə Xoy inqilab məhkəməsi tərəfindən 6 ay həbsə məhkum edilmiş və hökmün icrası 4 il müddətinə təxirə salınmışdı.
Bundan əlavə, Əbhər şəhərindəki milli fəallardan Səfərəli Xoyini Zəncan şəhər inqilab məhkəməsinin birinci şöbəsində hakim Məsum Xaninin sədrliyi ilə keçirilən iclasda 6 ay həbsə məhkum edilmişdir ki, bu hökmun icrası iki il təxirə salınmış vəziyyətdə olacaqdır.
Əvvəllər Zəncan Azad universitetində «Şəhriyar» adlı tələbə nəşrinin baş redaktoru olmuş bu mədəni fəal 2007-ci ilin fevral ayında Beynəlxalq Ana Dili Günü münasibətilə keçirilmiş tədbirdə iştirakına görə Zəncandakı fəallardan bir neçəsi ilə birgə həbs olunmuş və 18 gün həmin şəhərin Təhlükəsizlik İdarəsinin təcridxanasında saxlanmışdı, sonra isə girov müqabilində azadlığa buraxılmışdı.
Hakim Məsum Xani hökmü Xoyiniyə verməkdən imtina etmiş və onun təkidlərinə cavab olaraq, demişdir: «Mən hökmu sizə verə bilmərəm, çünki siz onu İnternetdə yayacaq, ya da başqa bir ölkəyə təqdim edib siyasi sığınacaq alacaqsınız».
Azərbaycanın digər mədəni fəallarının vəziyyəti
İyul ayının 17-dən bəri 8 nəfər tələbə fəalı ilə birlikdə Təbrizdə müvəqqəti həbsdə saxlanan zabit və azərbaycanlı mədəni fəal Dariyuş Hatəmi bu yaxınlarda 50 milyon tümənlik girov müqabilində azadlığa buraxılmışdır. O da həmin tələbələr – Maqsud Əhdi, Mənsur Əminiyan, Aydın Xacei, Əmir Mərdani, Fəraz Zehtab, Səccad Radmehr, Məcid Makuyi və Ehsan Nəcəfi kimi «milli təhlükəsizliyə xələl gətirmək üçün qeyri-qanuni qruplar təşkil etmək və onlarda üzvlük»də və «dövlət quruluşu əleyhinə təbliğat»da ittiham olunur. Həmin şəxslərə qarşı irəli sürülən ittihamlara baxış üzrə ilk məhkəmə iclası 17 yanvar 2009-cu il tarixdə keçiriləcəkdir.
Dekabrın 1-də bazar ertəsi günü Təbriz inqilab məhkəməsinin 2-ci şöbəsində yazıçı və hüquq müdafiəçisi Həmid Valayiyə qarşı irəli sürülən ittihamlara baxış üzrə ilk iclas keçirilecekdi ama Həmidin ve müdafiəçisinin huzuruna baxmayaraq bu iclas keçirilməmiştir. Həmin iclasda o, «dövlət quruluşu əleyhinə təbliğat» ittihamı ilə mühakimə olunacaqdı. Həmid Valayi cari ilin iyun ayının 15-də Təbrizdə təhlükəsizlik məmurları tərəfindən həbs olunmuş və Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlandığı 13 gün ərzində işgəncə və zorakılığa, o cümlədən, döyülməyə və psixoloji təzyiqlərə məruz qalmışdır. Belə ki, verilmiş işgəncələr onun dişlərinin sınmasına, damağında qanaxmalara, sağ ayağında və baş nahiyəsində zədələnmələrə səbəb olmuşdur.
İxtisasca hüquqşünas olan və Şərqi Azərbaycan ostanı vəkillər kollegiyasında üzvlüyü Təbriz Təhlükəsizlik İdarəsi tərəfindən əngəllənmiş Həmid Valayi son günlər Şərqi Azərbaycan ostanı vəkillər kollegiyasının insan haqları komissiyasına yazdığı açıq məktubda öz hüquqlarının bərpasını və həbsdə olduğu müddətdə baş vermiş qanun pozuntularının araşdırılmasını tələb etmişdir.
Noyabrın 26-da Ərdəbil inqilab məhkəməsində milli kimlik uğrunda mübarizə aparan bir neçə tələbəyə, o cümlədən, Ərdəbil Azad universiteti tələbələrinin islam cəmiyyətinin katibi və «Xəzər» tələbə dərgisinin baş redaktoru Ərdəşir Kərimi Xiyavi, yazıçı-jurnalist Rəhim Qulami və mədəni fəal Vədud Səadətiyə qarşı irəli sürülmüş ittihamlara baxılması üzrə iclas keçirilmişdir. Bu işə baxmağı öz öhdəsinə götürmüş Ərdəbil inqilab məhkəməsinin sədri Həsənzadə iclas başlamazdan əvvəl müttəhimlərin vəkili Mehdi Hüccətinin adı çəkilən şəxsləri müdafiə etmək üçün onlarla müqavilə bağlamasına etirazını bildirərək, onu danlamış və nəhayət, hakim Həsənzadənin göstərişi ilə müttəhimlərin vəkili üç saat inqilab məhkəməsinin binasında həbs edilmiş, o da sonda sözügedən iş üzrə vəkillikdən əl çəkməyə məcbur olmuşdur.
Qadın hərəkatının azərbaycanlı fəallarından olan Fəranək Fərid noyabrın 25-də çərşənbə axşamı günü Təhlükəsizlik İdarəsinə çağrılmış və onun qadın hüquqlarına dair Türkiyədə keçiriləcək konfransda iştirakına maneçilik törədilmişdir. Üç qonşu ölkədə – İran, Turkiyə və Azərbaycan Respublikasında qadın hüquqlarının vəziyyətinə həsr olunmuş bu konfrans üç gün ərzində (28-30 noyabr) İstanbulda keçiriləcəkdi və adı çəkilən xanım həmin konfransda iştirak və çıxış üçün dəvət almışdı.
Noyabrın 3-də Əhər məhkəməsi istintaq idarəsinin birinci şöbəsi Şərqi Azərbaycan ostanı Əhər şəhərində yaşayan orta məktəb şagirdi İbrahim Nuriyə məhkəməyə gələrək, öz müdafiəsi üçün son dəlilləri təqdim etmək barədə çağırış göndərmişdir. İnsan haqları fəallarının bildirdiyinə əsasən, bu şagird kimlikçi fəaliyyətinə görə məhkəmə istintaqına məruz qalmışdır və əvvəllər (cari ilin aprel ayında) oxuduğu məktəbin direktoru tərəfindən 3 gün müddətinə məktəbdən qovulmuşdur. Son 4-5 ildə İran məktəblərində tədrisin yalnız fars dilində aparılması qeyri-fars xalqların, o cümlədən, azərbaycanlıların, kürdlərin, ərəblərin müxtəlif təbəqələrinin etiraz obyektinə çevrilmişdir.
2008-ci ilin may ayında bir illik məhkumluğunu çəkmək üçün Xoy həbsxanasına göndərilən Azərbaycan yazıçısı Həmid Rüstəmi (Arğış) cəzasının yarısını (altı ay) çəkdikdən sonra şərti azadlıq hüququndan istifadə etməklə, bu yaxınlarda (2008-ci ilin noyabrında) azadlığa çıxmışdır. Milli kimlik uğrunda mübarizə aparan bu azərbaycanlı yazıçı ötən il Xoy inqilab məhkəməsinin hökmü ilə bir il həbs, iki il Bicara sürgün cəzasına məhkum edilmiş və onun əsərlərinin nəşrinə üç il müddətinə qadağa qoyulmuşdu. Bildirilir ki, onun sürgün edilməsi ilə bağlı hökm ölkənin Ali Məhkəməsi tərəfindən ləğv edilmişdir. Rüstəmi 21 fevral 2006-cı ildə Beynəlxalq Ana Dili Günündə Azərbaycan şəhərlərində keçirilən kütləvi həbslər zamanı Xoy şəhərinin təhlükəsizlik qüvvələri tərəfindən saxlanmış və qeyd olunan hökmlə üzləşmişdi.
Əhli-həqq məzhəbindən olan məhbusların durumu
Urmiya zindanındakı əhli-həqq məhbuslarından üç nəfəri – İbadullah Qasımzadə, Səhəndəli Məhəmmədi və Bəxşəli Məhəmmədi noyabrın 17-də 13 illik həbs və sürgün cəzalarını çəkmək üçün Yəzd mərkəzi həbsxanasına köçürülmüşlər. Bunlar əhli-həqq məzhəbindən olan həmən 5 məhbusdan üçüdür ki, 2005-ci ildə «təhqiramiz vərəqələr nəşr etmək, bidətçi və
küfrlə dolu etiqad yaymaq, inqilab rəhbərini təhqir etmək, asayiş qüvvələrinə müqavimət göstərmək, icazəsiz odlu silah saxlamaq və ondan istifadə etmək, quruluşa qarşı silahlı mubarizəyə qalxmaq» kimi ittihamlarla həbs olunmuş və nəhayət, 2006-cı ildə 13 illik həbs və sürgün cəzasına məhkum edilmişdilər. Urmiyadakı əhli-həqq məhbuslarından ikisi – Mehdi Qasımzadə və Yunis Ağayan edam cəzasına məhkum olunmuşlar və hələ də həmin şəhərdəki zindanda saxlanılırlar. Onu da qeyd etmək lazımdır ki, bu məhbuslar son zamanlar iki dəfə uzunmuddətli aclıq aksiyasına əl atmışlar, bu da onların fiziki durumuna ağır təsir göstərmişdir. Onlar sentyabrın 15-dən başlayaraq, 55 günlük aclıq aksiyası keçirmişlər.
21 GÜN HƏBSDƏ QALAN GÜNEYLİ FƏAL MÜVƏQQƏTİ ZAMİNƏ BURAXILIB
2008-12-01
Media forum» saytının məlumatına görə, Azərbaycan milli kimliyi uğrunda dinc fəaliyyət aparan güneyli fəal Yaşar Güneyli (Haşım Bərzigər) 21 gün Tehranın Evin həbsxanasında saxlandıqdan sonra zaminə buraxılıb.
Yaşar Güneyli noyabrın 9-da yoxa çıxmış, daha sonra onun Tehranın Evin zindanında saxlandığı bəlli olmuşdu. Həbsdən bir neçə gün əvvəl o, Tehranın Şeyx Fəzlullah adlı magistral yolunda iki naməlum şəxsin hücumuna məruz qalaraq ağır xəsarətlər almışdı.
TƏBRİZLİ FƏALI 20 MİN DOLLARLIQ MÜLK GİROVUYLA AZADLIĞA BURAXIBLAR
2008-11-28
Noyabrın 17-də Təbriz ETTELAAT idarəsi əməkdaşlarının həbsə saldığı güneyli fəal Cəmşid Zarei mülk girovu müqabilində azadlığa buraxılıb. «Media forum» saytının məlumatına görə, C.Zarei 20 min dollarlıq mülk girovu qoyub.
Fəalın ETTELAAT idarəsində saxlandığı müddətdə müxtəlif psixi və fiziki təzyiqlərə məruz qaldığı vurğulanır. Azərbaycan milli kimliyi uğrunda çalışan fəal əvvəllər də bir neçə dəfə həbs edilib.
İranda həbs olunan azərbaycanlı qadın jurnalistin hüquqlarını müdafiə komitəsi yaradılıb
[ 05 Dekabr 2008 ] ![]()
Bakı. Ramil Məmmədli-APA. İrandakı azərbaycanlıların hüquqlarının uğrunda hərəkatın fəallarından olan jurnalist Şahnaz Qulaminin müdafiəsi məqsədilə təşkilat yaradılıb. Dünya Azərbaycanlıları Konqresinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu təşəbbüslə xarici ölkələrdə yaşayan bir qrup azərbaycanlı çıxış edib. İnsafəli Hidayət (Kanada), Fərəhruz Rəncbər (Malmö, İsveç), Şahin Ostajlu (Danimarka), Şahrux Məzhəri (İngiltərə), Babək Azəri (Stokholm, İsveç), Əsəd Sadeqi (Stokholm, İsveç), Manaf Səbəbinin (Lund, İsveç) təşkilatçılığı ilə yaradılan Şahnaz Qulaminin Hüquqlarını Müdafiəsi Təşkilatının açıqladığı bəyanatda isə bildirilib ki, azərbaycanlı hüquq müdafiəçisi bu il noyabrın 9-da İran İnformasiya Nazirliyinin (ETEAALAT) əməkdaşları tərəfindən həbs olunub. Noyabrın 22-də isə Təbriz həbsxanasına köçürülüb.
Qeyd edək ki, Ş. Qulami Xalq Mücahidlər Hərəkatında siyasi fəaliyyətinə görə 1989-cu ildən 1994-cü ilədək həbsdə olub. 2007-cı ilin mayında isə “İran” qəzetində azərbaycanlıları təhqir edən karikatura ilə bağlı etirazların ildönümündə iştirakına görə də bir ay həbsdə saxlanılıb. Ş. Qulami “azarwomen” internet saytının təsisçisi və İranda Qadın Jurnalistlər Assosiasiyasının üzvüdür.
Ərdəbil Məhkəməsinin baş hakimi vəkili də həbs etdirir
Amerikanın Səsi ▪ Azerbaijani.04/12/2008
Ərdəbildə azərbaycanlı fəalları müdafiə edən bir vəkil həbs edilərək, öz müvəkkillərindən imtina etməyə məcbur edilib. Bu xəbəri yayan “Öyrənci” və başqa mənbələrin verdiyi məlumata görə, keçən həftə, 3 azərbaycanlı fəalı müdafiə edən Ərdəbilli vəkil Ərdəbilin İslam İnqilab Məhkəməsinin sədri cənab Həsənzadənin əmri ilə, 3 saatdan artıq həbs edilib.
Məhkəmə sədri, “Xəzər” tələbə jurnalının təsisçisi və Ərdəbil Universitesinin İslami Birliyinin sədr muavini, Ərdəşir Kərimi Xiyavi, “Yaşıl Muğan”, “Yarpaq” və “Araz” kimi jurnallar və qəzetlərdə yazıları çıxan jurnalist Rəhim Qulami və azərbaycanlı fəal Vədud Səadətinin işi üzrə məhkəmə iclası zamanı, onları müdafiə edən vəkil Mehdi Höccətini müttəhimlərin müdafiəsindən imtina etməyə çağırıb. Buna müqavimət göstərən vəkil, müttəhimlərlə işbirliyində ittiham olunaraq məhkəmə sədrinin tapşırığı ilə həbs edilib və yalnız fəalların müdafiəsindən imtina etməsi barədə öhdəlik götürdükdən sonra azadlığa buraxılıb.
Vəkil müdafiəsindən məhrum edilən azərbaycanlı fəallar hüquqlarının məhdudlaşdırılmasına etiraz edir, məhkəmə sədrinin vəkilə qarşı hərəkətlərinin qanunsuz olduğunu bildirirlər.
Ərdəşir Kərimi Xiyavi, Rəhim Qulami ana dilində təhsil istəyi ilə bağlı ötən il keçirilən dinc etirazlar zamanı həbs olunmuş, daha sonra müəəyəyn miqdarda pul müqabilində zaminə buraxılmışdılar. Ərdəbilli fəal Vədud Səadəti isə bundan öncə bir neçə dəfə həbs olunub. Sonuncu dəfə o “İran dövlətinə qarşı təbliğat”da ittiham olunaraq tutulmuş və 6 ay müddətinə həbsdə saxlanmışdı. Həbsdə saxlandığı müddətdə onun ağır işgəncələrə məruz qaldığı barədə xəbərlər yayılmışdı.
İran hökuməti daha bir azərbaycanlı jurnalisti həbs edib
Amerikanın Səsi ▪ Azerbaijani.01/12/2008
Tanınmış azərbaycanlı jurnalist Məhəmmədrza Ləvai həbs olunub. Bu məlumatı yayan “Savalan Səsi” xəbər saytı bildirir ki, azərbaycanlı yazar cənab Ləvai doğma yurdu olan Əhərdə təhlükəsizlik orqanları tərəfindən həbs olunub. Həbsindən 8 gün keçməsinə baxmayaraq cənab Ləvainin harada saxlanması barədə məlumat yoxdur. “Azad Təbriz” kimi başqa qeyri-rəsmi mənbələr isə yaxınlarının onun işgəncələrə məruz qalmasından narahat olduqlarını bildirirlər.
TƏBRIZLI QADIN HÜQUQ MÜDAFIƏÇISI XANIM FƏRANƏK FƏRID ETTELAATA ÇAĞRILDI
26 noyabr 2008-ci il tarixində Güney Azərbaycan qadın hüquqları müdafiəçisi, milli fəal xanım Fəranək Fərid Təbriz ETTELAAT idarəsinə çağrılıb.
Məlumata görə Fəranək xanım yaxın günlərdə Türkiyədə keçiriləcək Türkiyə, Azərbaycan və İranda qadın hüquqları mövzusu bağlı konfransda çıxış etmək üçün dəvət olunubdur. Məlumatda bildirilir ki, ETTELAAT məmurları milli fəalın konfransda iştirak etməsinin qarşısını almaq üçün xanım Fəranək Fəridi təhdid ediblər.
BİR GÜNEYLİ FƏAL AZADLIĞA BURAXILIB, BİRİ İSƏ TƏBRİZ ZİNDANINA KÖÇÜRÜLÜB
Media forum. 2008-11-26
Güneyli fəal, 13 gün əvvəl həbs edilərək Tehranın Evin zindanında təkadamlıq kamerada saxlanan Tehran Azad Universitetinin tələbəsi Sirus Hüseyn Nejad mülk girovu müqabilində azadlığa buraxılıb.
«Media forum» saytının məlumatına görə, güneyli fəal Sirus Hüseyn Nejad 2006-cı ildə «İran» qəzetində azərbaycanlıları təhqir edən karikaturanın dərcinə qarşı düzənlənən etiraz aksiyalarına qatıldığı üçün də tutularaq 40 gün həbsdə yatmışdı.
Güney mənbələrinin yaydığı digər bir xəbərdə isə bildirilir ki, noyabrın 9-da Təbrizin Qara ağac məhəlləsindəki evində ETTELAAT əməkdaşlarının həbs etdiyi Güney Azərbaycan milli hərəkatının fəal üzvü, jurnalist və hüquq müdafiəçisi Şahnaz Qulami Təbriz zindanına köçürülüb.
Ş.Qulaminin dövlət quruluşuna qarşı təbliğatda, ölkə rəhbərlərini, o cümlədən İran prezidenti Mahmud Əhmədinejadı təhqir etməkdə və bir sıra etiraz aksiyalarında iştirakda günahlandırıldığı vurğulanır.
AZƏRBYCANLI FƏAL TEHRAN HƏBSXANASINDA ACLIĞA BAŞLAYIB
Media forum.2008-11-26
Azərbaycan milli kimliyi uğrunda apardığı dinc mübarizəsinə görə 11 gün əvvəl yaşadığı Kərəc şəhərində həbs edilərək Tehranın Evin zindanının 209-cu korpusuna aparılan güneyli fəal, Tehranın Pəyami-Nur Universitetinin tələbəsi Firuz Yusifi həbs edilməsinə və saxlandığı kameranın ağır şəraitinə etiraz olaraq aclıq aksiyasına başlayıb.
«Media forum» saytı xəbər verir ki, 11 günlük həbsdən sonra F.Yusifinin anası oğlunu Evin zindanında yalnız şüşə arxasından bir neçə dəqiqəliyə görə bilib. Anaya oğlunun səsini eşitməyə və onunla danışmağa icazə verilməyib.
F.Yusifinin anasının son dərəcə zəifləmiş oğlunu görəndə halının pisləşdiyi də bildirilir.
Məlumatlara görə, azərbaycanlı fəal həbsxanada müxtəlif psixi və fiziki təzyiqlərə məruz qalıb.
ZƏNCANLI FƏAL 6 AY ŞƏRTİ HƏBS CƏZASINA MƏHKUM EDİLİB
Media forum.2008-11-25
Azərbaycan milli kimliyi uğrunda dinc fəaliyyət aparan zəncanlı fəal Səfərəli Xoeyni Zəncan İnqilab Məhkəməsinin qərarıyla 6 ay şərti həbs cəzasına məhkum edilib.
«Media forum» saytının məlumatına görə, əvvəllər Zəncan Azad Universitetində «Şəhriyar» adlı tələbə dərgisinin baş redaktoru olmuş S.Xoeyni iki il əvvəl də Beynəlxalq Ana Dili Günü münasibəti ilə Zəncada keçirilmiş mərasimlərdə iştirakda günahlandırılaraq 18 gün müddətinə həbsdə saxlanmış və müxtəlif fiziki və psixi təzyiqlərə məruz qalmışdı.
“Amnesty İnternational” İranda Azərbaycanli Oyrəncilər ilə bağlı növbəti bəyanatını verib
Noyabrın 21-də “Amnesty İnternational” (Beynəlxalq Əfv Təşkilatı) İranda Azərbaycan Milli Hərəkatının Oyrənci fəalları Məqsud Əhdi, Mənsur, Əminian, Dariuş (Elçin) Hatəmi, Aydın Xacei, Əmir Mərdani, Məcid Makuyizad, Səccad Radmehr və Fəraz Zehtab barəsində növbəti bəyanatını verib.
məlumata görə, sənəddə oktyabrın 28-də Dariuş Hatəmi istisna olmaqla adıçəkilən Oyrəncilərin hamısının girov müqabilində Təbriz həbsxanasından azadlığa buraxıldığı bildirilir. Bəyənatda Dariuş Hatəminin hələ də həbsdə olduğu qeyd olunur: “Çünki onun buraxılması üçün Oyrənci olunan 50 min ABŞ dolları məbləğindəki pulu tapmaq ailəsinə asan deyildi.
Sözügedən Oyrəncilər "milli təhlükəsizliyə xələl gətirməkdə” və hakimiyet ilə mübarizə aparan siyasi təşkilatlarla əlaqədə günahlandırılırlar”.
Sənəddə vurğulanır ki, İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyası (ADAPP) ailələrə istinadən bildirir ki, “Ettelaat” əməkdaşları tələbələri həbs etdikdən sonra onların evlərində axtarış aparıb və soydaşlarımıza məxsus kompüterləri, kompakt-diskləri, sənədləri və kitabları müsadirə ediblər: “Bütün tələbələr Təbriz həbsxanasında üç ay ərzində saxlanılıb və bu müddət ərzində dəfələrlə sorğu-sual olunublar. Onların ailələri ilə görüşünə imkan verilməyib. Sadəcə müəyyən telefon zənglərinə imkan verilib”.
İran prezidenti Mahmud Əhmədinejada, ədliyyə naziri Mahmud Haşimi Şahrudiyə, parlamentin sədri Əli Laricaniyə ünvanlanan bəyənatda Oyrəncilərə qarşı təqib və təzyiqlərə son qoyulması tələb edilir.
TƏBRİZDƏN DAHA BİR HƏBS XƏBƏRİ GƏLDİ
Media forum.2008-11-20
Təbrizli fəal Cəmşid Zarei həbs edilib. «Media forum» saytının məlumatına görə, Təbriz ETTELAAT idarəsinin əməkdaşları fəalı iş yerindən aparıb.
Güneyli fəal üç gün əvvəl saxlansa da, onun həbs xəbəri bu gün yayılıb. Güneydən gələn məlumatlarda Azərbaycan milli kimliyi uğrunda dinc fəaliyyət aparan təbrizli fəalın əvvəllər də bir neçə dəfə həbs edildiyi vurğulanır.
C.Zareinin hazırda harada saxlandığı barədə hər hansı məlumat yayılmayıb.
TƏBRİZLİ FƏALLAR ETTELAAT İDARƏSİNƏ ÇAĞIRILIBLAR
Media forum. 2008-11-21
Azərbaycan milli kimliyi uğrunda dinc fəaliyyət aparan təbrizli fəallar Mahmud Fəzli və Vəhid Şeyxbəyli noyabrın 20-də Təbrizin Bağşimal məntəqəsindəki ETTELAAT idarəsinə çağırılıblar.
«Media forum» saytının məlumatına görə, təbrizli fəallar M.Fəzli və V.Şeyxbəylinin hansı ittihamlara görə ETTELAAT idarəsinə çağırılması barədə konkret məlumat yayılmayıb. Bəzi güney mənbələri fəalların təhlükəsizlik idarəsinə çağırılmasını onların bir neçə həftə əvvəl azadlığa çıxmış digər fəalların qarşılanma mərasimində iştirakı ilə əlaqədar olduğunu vurğulayır.


