TƏBRİZLİ TƏLƏBƏLƏR MƏNSUR ƏMİNİYAN və MƏQSUD ƏHDİ HƏBS EDİLİBLƏR
Avqustun 20-də Təbriz Universitetinin iki fəal tələbəsi həbs edilib.
«Media forum» saytının məlumatına görə, universitetin politexnik fakültəsində mexanika mühəndisliyi ixtisası üzrə təhsil alan Mənsur Əminiyanı və humanitar elmlər fakültəsində coğrafiya ixtisası üzrə təhsil alan Məqsud Əhdini ETTELAAT əməkdaşları tutub.
ETTELAAT əməkdaşlarının onları tutmaq üçün hələ bir həftə əvvəl tələbələrin qaldığı mənzillərə getdiyi bildirilir. Həmin vaxt M.Əminiyan və M.Əhdi evdə olmayıblar. Mənzildə axtarış aparılıb, tələbələr məxsus bəzi əşyalar müsadirə edilib.
Təbrizli tələbələrin nə səbəbdən tutulduğu, onların hazırda harda saxlandığı bilinmir.
DÜNYA AZƏRBACANLILARI KONQRESİ GÜNEY AZƏRBAYCANDAKI HƏBSLƏR və İŞGƏNCƏLƏRLƏ BAĞLI BƏYANAT YAYDI
Dünya Azərbaycanlıları Konqresi (DAK) Güney Azərbaycanda baş verən son olaylarla bağlı bəyanat yayıb. DAK-dan «Media forum» saytına daxil olan sənəddə qeyd edilir ki, İran rejimi 35 milyondan artıq Azərbaycan türkünün ən ibtidai hüquqlarının pozulmasını uzun illərdir yürüdülən ayrı-seçkilik siyasətinin tərkib hissəsinə çevirib: «Güney Azərbaycanda milli hərəkatının üzvlərinin həbsi, həbsxanalarda ağlagəlməz işgəncə metodlarından geniş istifadə, tələbələrə qarşı təzyiqlərin daha da artırılması güney azərbaycanlılarınin öz milli haqları uğrunda mübarizəsinin getdikcə daha da güclənməsi və daha geniş çevrəni əhatə etməsinin qarşısının alınmasına yönəlik şovinist siyasətin təzahürləridir.
Güneydən əldə edilən bilgilərə görə, Səccad Radmehr, Fəraz Zehtab və Aydın Xaceyi, Daryuş və Şahrux Hatəmi qardaşları, Vədud Əsədi, Peyman Qulami, Əli Abdullahzadə hüquq müdafiəçisi Həmid Valayi, mühəndis Daryuş Hatəmi və Qulam Nəcəfi qanunsuz həbs olunaraq işgəncə və təzyiqlərə məruz qalıblar. İşgəncələr sırasına elektrik cihazlarından istifadə, ayaqdan asılma, ağır fiziki əzablar, söyüş və təhqirlər, şəxsiyyəti alçaldan əməllər daxildir. Əgər əvvəllər təzyiqlər xəbərdarlıq və ya həbslər şəklində olurdusa, indi hərəkat fəallarının naməlum və şübhəli şəkildə dünyasını dəyişməsi, adam oğurluğu yayılıb. Təbriz milli fəallarından olan Afşin Urfan Xosroşahi iş yerində qətlə yetirilib. O, ağır işgəncələrdən sonra iplə boğularaq oldürülüb. Ölümündən əvvəl dəfələrlə ETTELAAT-a çağrılaraq hədə-qorxuya məruz qalıb. Başqa bir hərəkatçı-Fərhad Mohsüni Neqaristani də ETTELAAT məmurlarının verdiyi elektrik şoku işgəncəsi nəticəsində vəfat edib.Bütün bu sadalananlar İran rejiminin öz milli hüquqları uğrunda mübarizə aparan Azərbaycan türklərinə qarşı inkarçı və assimilasiya siyasətinin göstərisidir».
DAK-ın həmsədrləri Sabir Rüstəmxanlı və Firudin Pərvizniyanın imzaladıqları bəyanatda vurğulanır ki, dünyada insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində fəaliyyətin genişləndirilməsi tələbi ilə çıxış edən beynəlxalq qurumların, hüquq-müdafiə təşkilatlarının İranda baş verənlərə laqeyd və etinasız münasibəti rejimin təzyiqlərini daha da artırmasına rəvac verir: «Dünya Azərbaycanlıları Konqresi olaraq İranda soydaşlarımıza qarşı təzyiqlərin dayandırılmasını, həbsdə saxlanan fəalların azad edilməsini, tələbələrə qarşı əsassız ittihamlara son verilməsini tələb edir və dünya birliyini, beynəlxalq təşkilatları, hüquq-müdafiə qurumlarını insan hüquq və azadlıqlarının qorunmasında əməli fəaliyyətə çağırırıq».
Güney Azərbaycanda həbs olunan tələbə və milli hərəkat fəallarının azadlığa buraxılması üçün 750 nəf
Güney Azərbaycanda həbs olunan tələbə və milli hərəkat fəallarının azadlığa buraxılması üçün 750 nəfər ziyalı imza kampaniyasi keçirib
son günlərdə Güney Azərbaycanın 750 nəfərdən artıq ziyalı, siyasi və ictimai şəxsiyyətlər, Öyrənci hərəkatının fəalları son aylarda Təbriz Universitetindən və Güney Azərbaycanın universitetlərindən həbs edilən və cəzalandırılan tələbələrin müdafiə edərək onların dərhal azadlığa buraxılmasını tələb edirlər. Imza edənlər bildirirlər ki, Təbriz Universitetinin tələbəsi Səccad Radmehr, Aydın Xaceyi, Fəraz Zehtab, Daryuş Hatəmi, Vədud Əsədi və bir çox Güney Azərbaycanın milli haqlarını müdafiə edən soydaşımız İran ETTELAAT məmurları tərəfindən həbs edilərək ağır fiziki və ruhi işəgncələrə məruz qalmaqdadırlar.
Onların heç bir günahı olmadan həbs edilərək heç bir hüquq müdafiəçisi ilə təmin edilmədən ailələri və yaxınları ilə görüşməyə belə imkan verilməməklə yanaşı onların əksəriyyətinin harada və hansı durumda olduqları heç kimə bildirilmir.
Biz aşağıda imza edənlər soydaşlarımızın dərhal azadlığa buraxılmasını tələb edirik, Beynəlxalq İnsan haqları təşkilatlarına müraciət edirik ki, öz milli və mədəni haqlarını tələb edən soydaşlarımıza qarşı haqsızlıqların qarşısı alınsın və onların dərhal azadlığa buraxılmasını Beynəlxalq Əfv təşkilatının və BMT-nin insan haqları komissarlığının onların hüquqularının müdafiəsi üçün bütün lazımi tədbirlər həyata keçirilsin.
İRAN POLISINƏ ƏHALININ MOBIL TELEFONLARINI YOXLAMAQ ICAZƏSI VERILIB
son günlərdə İranın Təhlükəsizlik və polis məmurlarına icazə verilib ki, istədikləri şəxsin mobil telefonunu alıb onun yaddaşında olan informasiyaları yoxlaya bilərlər.
Şərqi Azərbaycanın prokurorluğunun rəisi Malik Əjdər Şərifi bildirib ki, mobil telefonlarda qeyri-əxlaqi videogörüntülər blutuz vasitəsilə yayılan hakimiyyət və dövlətçilik əleyhinə olan materiallar son zamanlarda Azərbaycanın bütün şəhərlərində özəlliklə Təbrizdə geniş surətdə yayılmaqdadır. O bildirib ki, mobil telefonlardan ixtişaşlar yaratmaq üçün də geniş surətdə SMS-lər hakimyyət əleyhinə ixtişaş təşkil etmək yayılmaqdadır. Bununla yanaşı islamiyyətə və islam dininə zidd olan CD-lər və başqa qeyri-əxlaqi şəkillər, videogörüntülər əhali arasında geniş yayılmağın qarşısını almaq üçün yeni qanun çərçivəsində tədbirlər həyata keçirilməyə başlayıb.
Yəhya Mirzəməhəmmədi Təbriz İnqilab məhkəməsinin başçısı İnqilab məhkəməsinin toplantısında bildirib ki, texnologiyanın sürətlə inkişaf etməsi əksər hallarda islam dinin əleyhinə çevrilməkdədir. Bu işin qarşısını almaq üçün biz polis, ETTELAAT, Bəsic və Sepahe-pasdarana bütün ixtiyarlar vermişik ki, istədikləri hər bir şəxsin mobil telefonunun yaddaşını yoxlasın və qanunlara zidd olan material varsa həmin şəxslər cinayət məsuliyyətinə cəlb edilsin. Əksər hallarda mobil telefonlarda olan qeyri-əxlaqi, dövlətçilik və hakimiyyət əleyhinə olan materiallar başqa ağır cinayətlərlə eyni tutula bilər. Əgər qeyri-əxlaqi və islam qanunlarına zidd olan materiallar həmin şəxs tərəfindən yayılıbsa ona qarşı ağır cəzalar nəzərdə tutula bilər. Hətta edam hökmü də verilə bilər. O əlavə edib ki, belə şəxslərlə qətiyyətli və heç bir güzəşt olmadan mübarziə aparmaq lazımdır.
Guney Azərbaycan Oyrenci fəalları Bəhram Vahidi və Surna Haşımidən hələ də heç bir xəbər yoxdur
Zəncan şəhərində öyrənci fəalı olan Bəhram Vahidi İran ETTELAAT məmurları tərəfindən 6 avqust 2008-ci il tarixində naməlum şəkildə həbs edilbdir.
Bununla yanaşı Zəncan universitetinin öyrənci dərnəyinin üzvü olan Surna Haşıminin 11 avqust 2008-ci il tarixində ETTELAAT məmurları evinə hücum etmiş, lakin evdə olmadığından onu həbs edə bilməmişlər. Surna Haşımi ertəsi gün özü Zəncan inqilab məhkəməsinə müraciət etmiş və həmin yerdən ETELAAT məmurları tərəfindən həbs edilmişdir.
Bu günə qədər hər iki milli fəalın harada saxlandığından və hansı durumda olduğundan heç bir xəbər yoxdur.
Təbriz Universitet tələbəsi mili hərəkat fəalı Əmir Mərdani Ağabəylinin vəziyyətindən heç bir xəbər yoxdur
son günlər Güney Azərbaycanın universitetlərində milli fəaliyyətlərinə görə çoxlu sayda soydaşımız faşist molla hakimiyyətinin ETTELAAT məmurları tərəfindən heç bir səbəb olmadan naməlum şəkildə həbs edilərək işgəncə və təzyiqlərə məruz qalmaqdadırlar. Onlardan ən sonuncusu Təbriz Universitetinin sonuncu kurs tələbəsi 23 yaşlı Əmir Mərdani Ağabəylidir ki, ETTELAAT məmurları tərəfindən həbs edilərək Təbriz ETTELAAT-nın təcridxanasında saxlanılır.
ETTELAAT məmurları soydaşımızın evlərinə gecə vaxtı hücum edərək həmin evi təftiş edib Əmir Mərdaniyə məxsus olan komputer, CD və kitabları özlərilə aparıblar. Xatırladaq ki, Əmir Mərdaninin ailəsi övladlarının ETTELAAT tərəfindən həbs olunmasını onun evə zəng edib paltar istədiyindən sonra biliblər. Lakin Təbriz ETTELAAT-na müraciət edən soydaşımızın ailəsi ETTELAAT məmurları belə bir adamı tanımadıqlarını və orada olmadığını bildiriblər. Ailəsi çox israr etdikdən sonra ETTELAAT məmurları bildiriblər ki, istintaq getdiyindən onunla görüşmək mümkün olmayacaq.
Bu günə qədər Əmir Mərdanin vəziyyətindən heç bir xəbər yoxdur. ETTELAAT məmurları onun hansı ittihamla həbs olunduğunu bildirməyir.
Iki il öncə may hadisələri zamanı Təbrizdə həbs olunan soydaşımız neçə həftə Təbriz ETTELAAT-nın təcridxanasında ağır işgəncələrə məruz qalmış sonra girov müqabilində azadlığa buraxılmışdır.
Əmir Mərdani Ağabəyli əslən Güney Azərbaycanın Sulduz mahalındandır.
RƏŞT UNIVERSITETINDƏ IKI QARDAŞ AZƏRBAYCANLI TƏLƏBƏ HƏBS EDILIB
keçən həftənin ortalarında Güney Azərbaycanın milli hərəkat fəallarından olan Rəşt Universitetinin tələbəsi Hüseyn Rəhimi qardaşı ilə birgə ETTELAAT məmurları ilə birgə həbs edilərək naməlum istiqamətə aparılıb. Bu müddət ərzində onun həbsi ilə bağlı və harada olduğu haqda heç bir xəbər yoxdur.
Görünür ki, həbs solunan tələbələrin ailələrinə xəbərdarlıq və təzyiq göstərilib ki, bu haqda heç bir informasiya yayılmasın. Lakin Güney Azərbaycan milli hərəkatı soydaşlarımızın milli haqlarını müdafiə edən tələbələri hər zaman qorumağa özünə borc bilərək həbs olunan bütün tələbələrin haqlarını qorumaq üçün beynəlxalq ictimaiyyətin diqqətinə və insan haqları təşkilatlarına çatdırmağı özünə vəzifə hesab edir.
Ana dilində təhsil tələb edən mollaya qarşı yeni ittihamlar
Xədicə İsmayılova .Azadlıq Radiosu .14.08.2008 .Təbriz Ekspress .Dinlə
«Azərbaycan çoxdandı hazırlanırdı o etirazlara və hazırlanır ondan böyük etirazlara. Azərbaycan millətinin haqları danılır...»
Bu, İranın Qum şəhərində yaşayan din xadimi höccətülislam Əbdüləzim Əzimiqədimin səsidir. Höccətülislam may ayının 2-dən həbsdədir, Qum şəhərinin «Ləngəvud» həbsxanasında saxlanılır. Bu müsahibəni də o, həbsindən təxminən bir il əvvəl vermişdi.
Avqustun 12-də Əzimiqədim Təbriz məhkəməsinə gətirib, ona qarşı yeni ittihamların irəli sürüldüyü bildirilir.
Əzimiqədim may ayının 2-də onun haqqında iki il əvvəl verilmiş məhkəmə qərarını yerinə yetirmədiyinə görə həbs olunub. İki il əvvəl höccətülislama on il müddətində molla paltarı geymək qadağan olunubmuş, buna səbəb isə molla paltarı geymiş şəxsin ana dilində təhsil tələbi ilə keçirilən etiraz aksiyalarına qatılmasıymış. Höccətülislam ədalətli saymadığı bu qərarı yerinə yetirməkdən imtina edib, buna görə də həbs olunub.
Təbrizdən hüquq müdafiəçilərinin verdiyi məlumata görə, yeni məhkəmə işinə səbəb Əzəimiqədimin aprelin sonunda tarixçi alim Səməd Sərdariniyanın anım mərasimində çıxış etməsidir. Məlumatlara görə, ittihamnamədə Əzimiqədimin həmin mərasimdə İran dövlətinin əleyhinə çıxışlar etdiyi bildirilir.
Əzimiqədimin vəkili yoxdur. Bunu «Azadlıq» radiosuna məhbusun həyat yoldaşı Ruqəyya Səyyari bildirib. O, deyir ki, höccətülislam Əzimiqədimin həbsinə səbəb onun türk dilində təhsil uğrunda mübarizəsidir.
«Türklüyünə görə deyirlər, libası geymə, biz deyəni elə. Əzimiqədim də onların sözünə baxmır, deyir, ana yurdumdan dönmərəm, mənim uşaqlarım gərək türk ola. Deyir, gərək televiziyalarımız, şəbəkələrimiz, uşaqlarımızın kitablarında yazılar türkcə olsun, türki oxusunlar. Bu yolda fədakardı. Hamı da tanıyır. Mən də iftixar edirəm».
Beynəlxalq Amnistiya Təşkilatı Əbdüləzim Əzimiqədimlə bağlı üç dəfə 2005-ci ilin avqustunda, 2006-cı ilin mayında və həmin ilin oktyabrında bəyanatlar vermiş, milli haqlarını tələb etdiyinə görə həbs edilmiş və təzyiq və işgəncələrə məruz qalmış Azərbaycanlı ruhani dərhal azadlığa buraxmağı İran dövlətindən tələb etmişdir.
Ruqəyya xanım deyir ki, bu, Əzimiqədimin üçüncü həbsidir. Höccətülislam Əzimiqədimin iki azyaşlı uşağı var. Fatimə üçüncü sinfə keçib, Əli isə məktəbə bu il gedəcək.
Fatimə də deyir ki, mədrəsədə dərslərin farsca keçilməsindən narazıdı.
Xoşuma gələr türk ola, fars olmaya. Çünki mən istəyirəm, hər şeyimiz türkcə ola, farsca olmaya heç nə. Dostlarım hamısı türkdü, amma deyirlər farsca danışın. Bacarıram, amma türkcəni farscadan çox bacarıram.
Rüqəyya Səyyarinin sözlərinə görə, uşaqlar atalarının harada olduğunu, nə zaman gələcəyini soruşur. Fatimənin sözlərinə görə, atası evdən çıxanda deyib ki, polislərə dərs deməyə gedir. Amma o buna inanmır.
«Qardaşıma yalandan dedi ki, polislərə dərs deməyə gedirəm. Amma bilirəm hara gedib. Gedib türklərin yanına. Gedib türkcə dərs deyə».
İran Konstitusiyasının 15-ci maddəsi ölkədə yaşayan bütün millətlərə ana dilində təhsil hüququ tanıyır. Amma İranda ən böyük azlıq olan və sayı müxtəlif mənbələrə əsasən, 20-35 milyon arası təxmin edilən azərbaycanlıların ana dilində məktəbi yoxdur. Beynəlxalq Amnistiya təşkilatı ana dilində təhsil tələbi ilə çıxış edən azərbaycanlı fəalların həbs olunduğunu və onları vicdan məhbusu kimi tanıdığını bildirir.
İran rejiminin basqıları barədə müsahibələrində höccətülislamın özü də danışırdı:
«Bilirsiniz, bu hökumətin indi niyyəti budur ki, evləri zindan eləsin. Onlar nigarandı ki, siyasi məhbuslar çox ola. Ona görə gücünü qoyur, bir cür eləsin ki, məmləkəti zindana çevirə, insanlar da qorxa».
TEHRAN AZƏRBAYCANLI TƏLƏBƏLƏRƏ BASQILARI ARTIRIB
Dünyanın başı Tehran hakimiyyətinin israrla həyata keçirmək istədiyi atom-nüvə proqramı və Yaxın Şərqdə terrorçuluğu dəstəkləməsi kimi məsələlərə qarışdığı halda, İslam Respublikası milli haqların təmini uğrunda mübarizə aparan Güney Azərbaycan türklərinə qarşı təzyiqləri artırır.
Ötən ay ərzində həbs olunmuş hərəkat təəssübkeşləri barədə bəzi məlumatı diqqətinizə çatdırmaq istərdik...
>>>>>>
Güneyli yazar, şair İbrahim Rəşidi (Savalan) Həbs Edilərək Urmiye Həbsxanasina Gondərilib
Savalan Sesi: Guney Azərbaycanda tanınmış şair və jurnalisti İbrahim Rəşidi Avqustun 5 ində bir daha nəzarət altına alınıb. Şairin həbsi Onun 5 ay həbs hökmün yerinə yetirilməsi ilə əlaqədar olub.
Savalan təxəllüsü ilə tanınan və Əsli Xiyavdan (Meşkinşəhr) olan İbrahim Rəşidi Urmiyə Universitetinin məzunu, mexanik mühəndisdir. O, eyni zamanda Azərbaycan dilində dərc edilən «Ulduz» jurnalının redaktoru, «Bulud» jurnalının baş yazarı, «Oyanış» və «Baxış» jurnallarının redaksiya heyətinin üzvü olub.
Azərbaycanlıların milli və mədəni haqlarını müdafiə edən yazıçı 2005-ci ilin mayında Babək (Bəzz) qalasına yürüşün və İranda keçirilən prezident seçkisinin boykot edilməsinin təbliği ittihamı ilə həbs olunub, 16 gün «Evin» həbsxanasında saxlanıb.
Rəşidi 2006-cı il mayın 31-də yenidən nəzarət altına alınıb, 68 gün həbsdə saxlandıqdan sonra zaminə buraxılıb. O, həbsinin əsas hissəsini təkadamlıq kamerada keçirdiyini bildirib.
2007-ci il avqustun 10-da çıxarılan məhkəmə hökmünə əsasən isə İran hökumətinə qarşı təbliğat, pantürkizm və əhalini qeyri-qanuni aksiyalarda iştiraka təşviq etməkdə günahlandırılan İbrahim Rəşidiyə beş ay həbs və 20 zərbə şallaq cəzası kəsilib.
Apellyasiya məhkəməsi beş ay həbs cəzasını qüvvədə saxlasa da, 20 şallaq zərbəsini cərimə ilə əvəz edib.
Güney Azərbaycanın hüquq müdafiəçisi Həmid
Valay müalicə üçün müvəqqəti azadlığa buraxilib
bir müddət öncə Təbriz ETTELAAT məmurları tərəfindən həbs edilən və ağır fiziki işgəncələrə məruz qalan, işgəncə nəticəsində dişləri və ayağı sındırlan Güney Azərbaycan Milli hərəkat fəalı, hüquq müdafiəçisi çoxlu sayda hüquqla bağlı məqalələrin müəllifi Həmid Valayi müalicə üçün girov müqabilində müvəqqəti azadlığa buraxb.
Qeyd etmək lazimdir ki nizam intizam quvvələri tərəfindən vekillik səlahiyəti rəd olunmuş, – həmid valayi – təbriz ittilaat idarəsində, 13 gün işkəncədən sonra, ayiləsi və vəkili nəqi məhmudi cənablarinin çalişiqlari və habelə azərbaycan millətinin himayəsi nəticəsində və saglamliq durumunun gərginliginə görə, dosiyənin müstəntiqi vəsiqənin qəbul etməginə məcbur oldu və nəticəde həmid bəy mualicə üçün təbriz dustaqindan dişari çixdi.
Artirmalidir ki, işkəncələr nəticəsində həmid valayinin ust ənginin 4 dişi sinib, sağ qiçi ağir sədmələr görüb, dönələr huşdən gedib və hələdə ağir baş gicəllənmələri və ürək bulanmasi vardir.
Şekİl : 1 2 3
Güneydə insaq haqqlarının pozulmasına dair hesabat
Güney Azərbaycanda fəaliyyət göstərən Öyrənci Hərəkatına bağlı olan oyrenci.com sitesi son 4 ayda Güney Azərbaycanda insan haqqlarının pozulmasına dair hesabat yayıb. Hesabatda çoxsaylı faktlar, pozuntular öz əksini tapıb.
Cənubi Azərbaycanda İnsan Hüquqlarının Pozulması halları ilə bağlı "Öyrənci"nin hesabatı
Önceki illər kimi, 2008 ili Cənubi Azərbaycan Milli Hərəkətinin (Hərəkatının) çalışqanləri üçün bir iltihablanmış il hesab edilir. Keçən 4 ayda Azərbaycanlı aktivistlər İran Təhlükəsizlik agentlərinin tərəfindən (maddələrinin) çox güclü (qəti) təzyiqlərinin altında olmuşdu və insan hüquqlarının çoxlu pozulmaları bu epoxada meydana çıxmışdı (baş vermişdi). altda gələn məlumat Mart 2008-dən bəri Cənubi Azərbaycanda insan hüquqları pozulmasının işləyib hazırla(ıl)mış deklamasiyasıdır. www.oyrenci.com bu məlumata müvafiq olaraq Azərbaycanlılar insan hüquqlarının pozulmasına onların diqqətlərini ödəmək üçün insan hüquqları təşkilatlarına arzu edir....
>>>>>>
GÜNEY AZƏRBAYCANIN MARAĞA ŞƏHƏRINDƏ 5 NƏFƏR MILLI HƏRƏKAT FƏALININ MƏHKƏMƏSI KEÇIRILDI
xəbər verdiyimiz kimi bir müddət öncə Güney Azərbaycanın milli hərəkat fəallarından olan Yaşar Həkkakpur, Davud Əzimzadə, Əlirza Həqqi, Məcid Pjvhfam və Hamid Yeganəpur 28 iyul 2008-ci il tarixində Marağa şəhərində hakim Cavad Səlimi tərəfindən mühakimə olunublar. Onlara qarşı ittihamlar bunlardan ibarətdir:
Toplantılarda çıxış edərək İran hakimiyyətini ciddi tənqid, əhalinin hakimiyyət əleyhinə kütləvi ixtişaşlara cəlb etmək, Marağa Universitetində İranın ərazi bütövlüyünü parçalamaq məzmunlu blütenlər yaymaq, milliyyətçi pantürkist qruplarla iş birliyi, İranın ərazi bütövlüyünü parçalamaq, xarici mətbuata və televiziyalara İran əleyhinə məlumat vermək ittihamı irəli sürülüb.
Xatırladaq ki, bu ikinci məhkəmədir ki, soydaşlarımızın əleyhinə keçirilir. Iki il bundan öncə eyni məzmunlu ittihamlarla milli hərəkat fəalları mühakimə olunmuş, lakin hakimin müttəhimlərə qarşı sənədlərin və faktların tam məzmunlu olmadığından məhkəmə təxirə salınmışdır. Onlara qarşı irəli sürülən ittihamları yenidən araşdırmaq üçün yuxarı stansiyalara göndərilmişdir. Bu dəfə də məhkəmədə soydaşlarımıza qarşı irəli sürülən ittihamlar tam sübuta yetirilməmiş hesab olunaraq məhkəmə tərəfindən qəti qərara çıxartmaq mümkün olmamışdır.
Təbriz Apelyasiya məhkəməsi milli hərəkat fəalı Məhəmmədrza Əvəzpurun işinə yendən baxıb
bir müddət öncə Güney Azərbaycan milli hərəkatında fəallıq göstərən orta məktəb şagirdi Məhəmmədrza Əvəzpur Təbriz ETTELAAT məmurları tərəfindən İran İslam hakimiyyətinin rəhbərini təhqir ittihamı ilə həbs edərək ağır işgəncələrə məruz qoyduqdan sonra Təbriz inqilab məhkəməsinin qərarı ilə 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. Bu ittihamlarla razılaşmayan soydaşımız Məhəmmədrza Əvəzpur Apelyasiya məhkəməsinə şikayət etmişdir.
Son günlərdə apelyasiya məhkəməsi Məhəmmədrza Əvəzpurun işinə yendən baxaraq qərar çıxartmışdır ki, onun apelyasiya məhkəməsinə etdiyi şikayətlər ona qarşı irəli sürülən ittihamlarda heç bir təsiri yoxdur. Lakin apleyasiya məhkəməsi milli fəalın azyaşlı olduğunu və əvvəlcədən məhkum olmadığını nəzərə alaraq Məhəmmədrza Əvəzpura 6 ay qəti həbs qərarını ləğv edərək 3 il müddətində şərti həbs cəzası tətbiq etmişdir.
Xatırladaq ki, İran cəza qanunlarında şərti həbs cəzasında əgər müttəhim təyin olan müddət ərzində təkrar həbs olunarsa həmin müddət ittihama əlavə olunaraq azadlıqdan məhrum ediləcəkdir.
Qeyd edək ki, Məhəmmədrza Əvəzpur Təbriz orta məktəb şagirdlərindəndir. Məktəbdə milli haqlarını tələb edərək məktəb lövhələrində “Haray-haray mən Türkəm” şüarlarını və “Türk dilində mədrəsə olmalıdır hər kəsə” yazdığına görə və Güney Azərbaycan milli hərəkatında fəallıq göstərdiyinə görə dəfələrlə ETTELAAT məmurlaraı tərəfindən həbs edilmiş, ağır işgəncə və təzyiqlərə məruz qalmışdır. Bununla yanaşı Məhəmmədrza Əvəzpurun atası, qardaşı və ailə üzvləri də ETTELAAT tərəfindən təzyiqlərə və təhdidlərə məruz qalmaqdadırlar.
Son iki il müddətində Məhəmmədrza Əvəzpurun qardaşları İnqilab məhkəməsinə çağırılaraq həbs edilib, ağır işgəncələrə məruz qalmışdır.
Beynəlxal Əfv təşkilatı 5 may 2006-ci il tarixində Mustafa Əvəzpurun haqqında onun həbsi ilə bağlı və onun kiçik qardaşı Məhəmmədrza Əvəzpura qarşı işgəncələri dayandırmağı və dərhal azadlığa buraxılmalarını tələb etsə də ETTELAAT təcridxanasında Məhəmmədrza Əvəzpur 24 saat müddətinə ayaqlarından asaraq ağır işgəncə verilmiş, yeməksiz və susuz saxlanılaraq ağır duruma salınmışdır.
Hal hazırda Məhəmmədrza Əvəzpur Təbriz həbsxanasında və onun ailəsi hər an ETTELAAT-ın təzyiqlərinə məruz qalmaqdadır.
İyulun 17-də Təbriz Universitetinin qarşısında həbs olunan beş gəncə qarşı hansı ittihamların irəli sürüldüyü bəlli deyil. Təbriz Universitetinin Mexanika fakültəsinin magistraturasında son imtahanından çıxan Səccad Radmehr, hüquq fakültəsinin tələbələri Fəraz Zehtab və Aydın Xacei, eləcə də Daryuş və Şahruh Xatəmi qardaşlarının qohumları ilə görüşlərinə də icazə verilməyib.Aydın Xaceinin ailəsi onun harada saxlandığını Ettelaatın Təbrizdəki təcridxanasından məhbus üçün paltar gətirmələri xahiş olunanda öyrənib.
«Mənim qardaşımı Ettelaat oğurlayıb. Özbaşlarına oğurlayıblar. Heç bir sənəd də göstərməyiblər. Gəldilər evimizə tökülüb, axtardılar, amma heç nə tapa bilmədilər. Əsli Kərəm nağılını, İran türklərinin tarixi kitabını götürdülər, bizə də başqa məlumat verməyiblər ki, nə üçün tutublar, niyə tutublar, neçə gün qalmalıdı...»
Məhbusun qardaşı Ramin Xacei deyir ki, həbsə səbəb Aydın bəyin milli hüquqlar uğrunda mübarizə aparmasıdır.
Ramin Xaceinin sözlərinə görə, onun qardaşı bundan əvvəl milli hüquqlar uğrunda mübarizəsinə görə iki semestr tədrisdən uzaqlaşdırılıb. Elə Səccad Radmehr də magistrlik işini altı aylıq qadağadan sonra müdafiə edə bilib. Səccad Radmehrin təhsil hüququnun pozulması ilə bağlı İran Azərbaycanındakı Universitetlərdə imza kampaniyası başlanmış, tələbənin özü və dostları onun imtahana buraxılması tələbilə bir neçə gün aclıq aksiyası keçirmişdi. Geniş miqyaslı kampaniya nəticəsində Universitetin rəhbərliyi Səccad Radmehrin buraxılış imtahanına və müdafiəyə girməsinə icazə vermişdi. Lakin tələbənin sevinci elə müdafiədən həbsə qədər – bir neçə dəqiqə sürməliymiş.
Ramin Xacei deyir ki, qardaşının və dostlarının təhsildə olan problemləri də elə Azərbaycan mədəniyyətini təbliğ edən dərnəklərdə üzvlüyü ilə bağlı olub.
Səccad Radmehrin bacısı İlahe Radmehr 2006-cı ilin may hadisələrindən sonra tələbələrə qarşı təzyiqlərin artdığını deyir.
İlahə Radmehr:
«Əslində bunlar heç bizə millət gözündə baxmırlar. Bunlar bizim – 30 milyon azərbaycanlının dilini yerli-dibli danırlar. Deyirlər, sizin diliniz Pəhləvidən gəlmiş dildi, haqqınız yoxdu, deyəsiniz «mənim dilim var», bu danılmalıdı, aradan getməlidi. Hər kimsə istəsə də, bunun qabağında dayansın, bunlar onu öz gücləri ilə aradan götürməyə çalışırlar. Bu yolda da çoxlarını öldürüblər. Bir neçə həftə bundan qabaq Aydın bəyin yoldaşlarından biri Fərhad Mohseninin ölüsünü göldən tapdıq. Onu da Ettelaat oğurlamışdı».
Daha öncə həbs olunmuş milli hüquqlar uğrunda fəal Fərhad Mohseninin bir neçə həftə öncə meyitinin tapılmasını xatırladan cənab Xacei deyir ki, qardaşının başına bir iş gələrsə, nə edəcəklərini bilmir:
«Bəşəri hüquq ayaq altında tapdanır burda. Ona görə də, dəqiq bilinmir, bunlar bir şey edəcək Aydıngilə, ya yox. Amma bir dəfə zəng olub evə, ondan bilirik ki, hələ diridi. Amma bilmirik sonra başına nə gəlir. Anamız çox israr edir ki, heç olmasa, oğlumu görüm, bilim ki, diridi. Amma burda görüş qadağandı».
İlahə Radmehr deyir ki, onun qardaşının məqsədi sadəcə insan kimi yaşamaqdır. «İnsaniyyətin bütün qaydalarına uyğun yaşamaq qardaşımın hədəfi, inamıdır».
GÜNEY AZƏRBAYCANDA HƏBS OLUNAN UNIVERSITET TƏLƏBƏLƏRININ TALEYINDƏN HEÇ BIR XƏBƏR YOXDUR
son aylarda Güney Azərbaycanın ümumilikdə İran adlanan ölkədə universitetlərdə milli, mədəni və sinfi haqlarını tələb edən tələbələrə qarşı faşist molla hakimiyyətinin güc strukturları təhlükəsizlik və polis məmurları tərəfindən tələbələrə qarşı ciddi təzyiq və təqiblər bir-birinin ardınca həyata keçirilməkdədir. Təbriz Universiteti, Təbriz-Səhənd Universiteti, Ərdəbil Azad Universiteti, Urmiyə və başqa şəhərlərdə də kütləvi surətdə milli haqlarını tələb edən tələbələr həbs edilərək işgəncə və təzyiqlərə məruz qalmaqdadırlar.
Iran adlanan ölkədə bütün hüquq müdafiəçiləri, tələbə və ictimai birliklər hakimiyyətin tələbələrə və milli hərəkat fəallarına qarşı təzyiq və təqibləri dayandırmaq məqsədilə, bəyanat və müraciətlər olunmasına baxmayaraq faşist molla hakimiyyəti təzyiqləri daha da artıraraq həbs olunan tələbələrin taleyi barədə heç bir məlumat yayılmağa imkan verməyir, hətta onların ailələrinə və yaxınlarına həbs olunanlarla bağlı hər hansı bir informasiyanı beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa qadağa qoyaraq ailə üzvlərini təhdid və təzyiqlərə məruz qoyurlar.
Həbs olunan tələbələrdən Səccad Radmehr, Fərzad Zehtab, Daryuş Hatəmi, Aydın Xaceyi, Vədud Əsədi bunlarla yanaşı adları gizli saxlanılan çoxlu sayda universitet tələbəsi, milli hərəkat fəalı, hüquq müdafiəçisi, dərgi və həftəlikləri, yazar və redaktorları Təbrizdə, Tehranda və İran adlanan ölkənin bütün həbsxanalarında belə hallar hər gün təkrarlanmaqdadır.
Güney Azərbaycan milli hərəkat fəalı hüquq müdafiəçisi Həmid Valayinin vəziyyəti ağırdır 
Təhlükəsizlik orqanları (ETTELAAT) Güney Azərbaycan Milli Azadlıq Hərəkatının qarşısını almaq üçün bütün vasitələrə əl atmaqdadır. Hər gün Güney Azərbaycan milli hərəkat fəallarına qarşı həbs və işgəncələrlə bağlı yeni xəbərlər yayılmaqdadır.
Universitet tələbələrindən tutmuş hüquq müdafiəçilərinə qədər min bir bəhanə ilə ETTELAAT məmurları tərəfindən həbs edilir, ağır işgəncə və təzyiqlərə məruz qoyulurlar.
Beynəlxalq insan haqları təşkilatları da bu haqsızlıqlardan Xebersizliği hakimiyyətinə daha da şəarit yaradır ki, Güney Azərbaycan milli hərəkat fəallarına qarşı hər bir cinayətə əl atsınlar. Təbriz zindanından şahidlərin verdiyi məlumata əsasən bir müddət öncə həbs edilmiş hüquq müdafiəçisi, milli hərəkat fəalı Həmid Valayi ETTELAAT məmurları tərəfindən ETTELAAT orqanlarında ağır işgəncələrə məruz qoyularaq işgəncə nəticəsində onun dişləri sındırılmış, sağ ayağı sındırılaraq huşsuz vəziyyətə düşmüşdür.
Təbriz zindanında onunla görüşməyə müvəffəq olan məhbuslardan verilən məlumata görə Həmid Valayinin üzərində ağır işgəncələrin olduğu açıq şəkildə görünməkdədir. Belə ki, hüquq müdafiəçisi milli haqlarını müdafiə etdiyinə görə ağır işgəncələrə məruz qalmış, işgəncə nəticəsində ağır vəziyyətə düşmüş və Təbriz zindanının klinikasına yerləşdirilmişdir. Lakin ETTELAAT-ın nəzarətində olan həbsxananın klinikası Həmid Valayiyə tam müalicə almaq üçün şərait yaradılmamış, işgəncə nəticəsində ayağı sındırılımış Həmid Valayi hərəkətsiz vəziyyətdə həbsxana otaqlarının birinə yerləşdirilmişdir.
Məlum olduğu kimi Həmid Valayi heç bir ittiham sübuta yetirilmədən həbs edilib, neçə gün müddətinə ETTELAAT orqanlarında ağır işgəncələrə məruz qoyulub, hal hazırda Təbriz həbsxanasında saxlanılır.
Qeyd edək ki, Həmid Valayinin ailəsi İranın baş prokuroruna və hüquq müdafiəçilərinə açıq məktubla müraciət ünvanlayıb və övladlarının ETTELAAT məmurları tərəfindən qanunsuz işgəncə olmasına etirazını bildirir.
Azərbaycan bayrağına görə həbs olundu
Xədicə İsmayılova.Azadlıq Radiosu.Cümə axşamı, 24 iyul 2008 .Dinləyin:
mp3 - windows media - real audio
İyulun 22-də İranın Rəşt şəhərində həbs olunan azərbaycanlıların milli hüquqları uğrunda hərəkatın fəalı Vədud Əsədini iyulun 23-ü səhər Rəşt İnqilab Məhkəməsinə aparıblar.
Vədud Əsədi Ərdəbil Universiteti İslami Tələbə Cəmiyyətinin keçmiş rəhbəridir. O, tələbə qəzetlərindəki çıxışları ilə də tanınır.
Cənab Əsədini toyundan iki həftə sonra həbs ediblər. Ailə üzvləri bu gün məhkəmədə iclasın keçirilib-keçirilmədiyindən, hansı ittihamların irəli sürülməsindən xəbərdar deyil.
«Bilmirik. Gəldilər, saat yeddiyə yaxın idi, qapını vurdular, kağız göstərdilər ki, icazəmiz var. Dörd nəfər içəri girdi, ikisi qapıda qaldı çöldə…»
Vədud Əsədinin bacısı Süməyya Əsədi həbs zamanı axtarış aparıldığını və Azərbaycan dilində, türklərin tarixinə dair kitabların, CD və kompüterin də müsadirə olunduğunu deyir.
«Otaqları bir-bir gəzdilər. Vədudun məqalələrini, xatirə dəftərini, kitablarının hamısını apardılar. Albomlarını da götürdülər, şəkillərini, toy çəkilişlərini, CD-ləri bizdən alıb apardılar ki, bunları hamısını gərək verəsiniz».
Süməyya Əsədi güman edir ki, Vədud Əsədini toyunda Azərbaycan milli simvolikasından istifadə etdiyi üçün həbs ediblər.
«Düşünürəm ki, Vədudun toyunda tortun üzərində Azərbaycan bayrağının şəklini vermişdik, yalnız Azərbaycan milli mahnıları oxuduq. Toyda əsla fars mahnıları çalınmadı. Biz hamımız türki dedik güldük, oynadıq. Öz bayrağımızı çıxardarıq, özgəsinin bayrağını neyləyik? Güman edirəm elə buna görə də Vədudu tutublar. Çünki gələndə də bizdən məhz Vədudun toyunun kasetini istədilər».
Süməyya Əsədi qardaşının separatçı olmadığını, yalnız dil hüquqları uğrunda mübarizə apardığını deyir:
«Yox-yox, biz Təcziyəçi (separatçı-red.) deyilik. Amma mən ki, türkəm, türkcə danışaram. Bir məmləkətin ki, 35 milyon türkü ola, o 35 milyon öz dilində yaza, poza, danışa bilməz? Öz dilində toy edə, deyib-gülüb, şənlənə bilməz? Bu haqqı da yoxdur? Haqqı yoxdur bir tortun üstünə bir bayraq çıxara? Gəlib tutsunlar, aparsınlar?»
Vədud Əsədi 2006-cı ilin mayında rəsmi «İran» qəzetində azərbaycanlıları tarakan şəklində göstərən və altında tarakanların məhv edilmə üsullarını təqdim edən karikaturun çap olunmasından sonra da həbs olunmuşdu. O zaman universitetdə təşkil olunan etiraz tədbirində və diskriminasiya əleyhinə aclıq aksiyasına qatıldığı zaman tutulan Vədud Əsədini dörd aya yaxın həbsdə saxlasalar da, heç bir ittiham irəli sürməmişdilər.
Vədud Əsədinin həyat yoldaşı Zəhra Purəsəd onun harda saxlandığından xəbərsiz olduqlarını və görüş ala bilmədiklərini deyir.
«Ettelaata aparıblar. Dünəndən bəri xəbərimiz yoxdur».
-Sizcə. Həyat yoldaşınızı nəyə görə həbs ediblər?
-Bizə də demədilər ki, nəyə görə aparırıq. Elə birdən. Biz özümüz də dəqiq bilmirik. Nə qədər soruşduq da, demədilər.
-Özünüzü necə hiss edirsiniz? Cəmi iki həftədir ailə qurmusunuz, və həyat yoldaşınızı həbs ediblər. Nə hiss edirsiniz?
-İftixar edirəm. Vətən yolunda tutulubdu. Başqa işə görə deyil. Oğurluq etməyib, içməyib, əyyaşlıq etməyib. Yalnız vətən yolunda. İftixar edirəm.
İran konstitusiyasının 15-ci maddəsi bu ölkədə yaşayan bütün millətlərə öz dilində təhsil və mədəniyyətlərini qorumaq haqqı tanısa da, azərbaycanlıların ana dilində təhsil tələbləri yerinə yetirilmir. İranda müxtəlif mənbələrə görə 20 milyondan 35 milyonadək azərbaycanlı yaşayır.
ABŞ Dövlət Departamentinin İnsan hüquqları hesabatında bildirilir ki, azərbaycanlı iranlılar etnik və linqvistik diskriminasiyaya məruz qalmalarından, o cümlədən, məktəblərdə azərbaycanca təhsilə qoyulan qadağalardan, coğrafi adların dəyişdirilməsindən şikayətçidirlər.
Beynəlxalq Amnistiya Təşkilatı İranda milli hüquqları uğrunda mübarizə aparan azərbaycanlı fəalların İranda təzyiqlərə, həbs və işgəncəyə məruz qaldığını, bu fəalları vicdan məhbusu kimi tanıdığını bildirir.
Daha 5 nəfər milli hərəkat fəalı Marağa İnqilab məhkəməsinə çağırıldı
Marağa inqilab məhkəməsi 5 nəfər milli hərəkat fəalı Yaşar Həkkapur, Davud Əzimzadə, Hamid Yeganəpur, Məcid Pejevhfam və Əlirza Həqqini məhkəməyə çağırıblar.
Çağırılan milli hərəkat fəalları bundan öncədə İnqilab məhkəməsinə çağırılmış, lakin onlara qarşı ittihamlar sübuta yetirilməmişdir.
Xatırladaq ki, soydaşlarımız 2006-ci il may hadisələri zamanında ETTELAAT məmurları tərəfindən həbs edilərək 52 gün müddətinə ağır işgəncə və təzyiqlərə məruz qalmışdır. Hər biri 30 min dollar dəyərində girov qoymaqla müvəqqəti azadlığa buraxılmışdır. Onların hüquqlarını müdafiə edən hüquq müdafiəçsisi Məhəmmədrza Fəqihi bildirib ki, onlara qarşı irəli sürülən ittihamlar heç bir faktla sübuta yetirilməmişdir. Onlar qanunsuz olaraq təhlükəsizlik məmurları tərəfindən həbs edilmiş və ağır işgəncələrə məruz qalmışdır.
TƏBRIZ UNIVERSITETINDƏ NƏŞR OLUNAN “SƏTTƏRXAN” ADLI TƏLƏBƏ DƏRGISINƏ QADAĞA QOYULDU
son günlərdə Güney Azərbaycan Universitetlərindəki olaylarla bağlı ardıcıl məlumat verilir. Hakimiyyət nümayəndələri universitetlər daxilindəki problemləri aradan götürmək məqsədilə bütün təzyiq və həbs, işgəncələrlə yanaşı tələbələrin hazırlayıb nəşr etdiyi dərgiləri də bağlamaq qərarına gəlib. Səttərxan dərgisi Təbriz Universitetinin tələbələrini milli və mədəni irsini qoruyub saxlayan dərgilərdən hesab olunur.
Dərginin ilk nəşr edildiyi nömrəsindən bu günə qədər dəfələrlə uzunmüddətli nəşri dayandırılmış və ciddi əngəllər törədilmişdir. Dərginin məsulu Hüseyn Ədiban bildirib ki, onun heç xəbəri olmadan və ona xəbərdarlıq edilmədən dərginin qadağan edilməsi heç bir qanuni hərəkət deyil. Onun fikrincə dərginin keçən sayında “Azərbaycan Öyrənci Hərəkatı”na həsr olunması ETTELAAT məmurlarını narahat edibdir. Bununla yanaşı bu tip dərgilərin nəşr olunması hər zaman şovinist hakimiyyətinin qəzəbinə səbəb olmaqdadır.
TƏBRİZİN SƏHƏND UNİVERSİTETİNİN İKİ TƏLƏBƏSİ TUTULUB
ETTELAAT-ın Təbrizdəki idarəsinin əməkdaşları Səhənd Universitetinin iki fəal tələbəsini - Peyman Qulami və Əli Abdullazadəni yaşadıqları mənzillərdən tutub aparıblar.
«Media forum» saytı güney mənbələrinə istinadla bildirir ki, hadisə iyulun 21-də baş verib. Tələbələr ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda, ölkə rəhbərlərini «monqol» adlandıraraq təhqir etməkdə, din əleyhinə təbliğat aparmaqda, universitet mühitini siyasiləşdirməyə cəhd göstərməkdə günahlandırılırlar.
P.Qulami Səhənd Universitetində elektrik mühəndisliyi, Ə.Abdullazadə isə tibb mühəndisliyi ixtisası üzrə təhsil alır.
Onların hazırda harda saxlandığı bilinmir.
Urmiyə Universitet tələbəsi İlahə Radmehrə təzyiqlər artıb
DAK informasiya mərkəzinə Güney Azərbaycan Öyrənci Qadınlar Birliyindən daxil olan məlumata əsasən Urmiyə Universitetinin şəhərsalma kafedrasının axırıncı kurs tələbəsi İlahə Radmehr Universitetin təhlükəsizlik komitəsinin təzyqilərinə məruz qalmaqdadır.
Xatırladaq ki, Təbriz Universitet tələbələrinin Təhlükəsizlik komitəsi tərəfindən təhsildən məhrum edilmə qərarına etiraz edən Güney Azərbaycanın bütün universitet tələbələrinin içərisində Urmiyə Universitetinin 97 tələbəsi aktiv surətdə tələbələrə qarşı təzyiqlərin dayandırlmasını tələb edənlərin içərisində İlahə Radmehr Universitetin Təhlükəsizlik komitəsinin təhdidlərilə yanaşı ağır təzyiqlərə məruz qaldığı bildirilir.
Soydaşımız universitetdən qovulacağı hədəsilə üzləşmədədir. Son günlərdə Güney Azərbaycanın əksər universitetlərində milli fəaliyyətlərinə görə universitet tələbələrini təhdid və təzyiqlərlə hədələyirlər. Əksər tələbələrə xəbərdarlıqlar bəzi tələbələri də təhsildən və yataqxanadan məhrum edirlər. Bu təzyqilərə etiraz edən tələbələrdə təhlükəsizlik komitəsinin qara siyahısına düşür.
ƏRDƏBİL AZAD UNİVERSİTETİ İSLAM BİRLİYİNİN KEÇMİŞ RƏHBƏRİ HƏBS EDİLİB
Ərdəbil Azad Universitetində fəaliyyət göstərən İslam Birliyinin keçmiş rəhbəri və nəşrinə qadağa qoyulmuş «Səhər» tələbə jurnalının keçmiş baş redaktoru Vədud Əsədi iyulun 22-də Rəşt şəhərində evində tutularaq bilinməz istiqamətə aparılıb.
«Media forum» saytının məlumatına görə, ETTELAAT əməkdaşları evdə axtarış da aparıblar və güneyli fəalın əlyazmalarını, şəxsi əşyalarını, kitablarını, CD və kompüterini müsadirə ediblər.
V.Əsədi Rəşt Azad Universitetində geologiya ixtisası üzrə təhsil alır. O, 2006-cı ildə «İran» qəzetində azərbaycanlıları təhqir edən karikaturanın dərcinə etiraz olaraq həmin vaxt keçirilmiş aksiyalara qatıldığına görə də bir müddət həbsdə saxlanmışdı.
V.Əsədi bir həftə əvvəl ailə qurub.
TƏBRİZDƏ YENƏ TUTATUTDUR
Güney mənbələri xəbər verir ki, iyulun 17-də naməlum şəxslərin oğurlayıb bilinməz istiqamətə apardığı mühəndis Daryuş Hatəminin qardaşı doktor Şahrüx Hatəmi də yoxa çıxıb. «Media forum» saytının məlumatına görə, qardaşının harada saxlandığını öyrənmək üçün müxtəlif hökumət qurumlarına və zindanlara baş çəkən zaman tutulan Ş.Hatəminin yeri bilinmir.
İyulun 17-də Təbriz Universitetinin qapısında daha üç təbrizli fəal - Səccad Radmehr, Aydın Xacei və Fəraz Zehtab də tutularaq naməlum istiqamətə aparılmışdı. Yayılan məlumata görə, S.Radmehrin bacısı İlahə Radmehr təhsil aldığı Urmiya Universitetinin inzibati komitəsinə çağırılaraq təhdid edilib.


